Sasaki Takatsuna (佐々木 高綱?, 1160 – 8 dekabr 1214) – Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü.[1] Qenpey müharibəsində iştirak etmişdir.[1]
Sasaki Takatsuna | |
---|---|
yap. 佐々木高綱 | |
Doğum tarixi | 1160 |
Vəfat tarixi | 8 dekabr 1214 |
Fəaliyyəti | Samuray |
Vikianbarda əlaqəli mediafayllar |
Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur.[1] Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi.[1] Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir.[1] Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir.[1]
Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur.[1] O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir.[1] O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir.[1] Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin[a] şuqosu təyin edilmişdir.[1] Deyilənə görə Takatsuna 1195-ci ildə titulunu və mülklərini oğluna etibar edərək Koya dağında Şinqon keşişi olmuşdur.[1]
1184-cü ildə döyüşdən öncə Kacivara Kaqesueyə qarşı Uci çayı boyunca etdiyi at yarışı Yaponiyada populyar hekayələrdən birinə çevrilmiş, müharibə incəsənətinin mövzularından biri olmuşdur.[1]