Saulius Şaltyanis

Saulius Şaltyanis (lit. Saulius Šaltenis; 24 dekabr 1945, Utena) — Litva nasiri, dramaturq, ssenarist; Litva Respublikasının mədəniyyət naziri (1996–1999); Respublika mükafatı laureatı (Litva SSR Dövlət Mükafatı; 1973).

Saulius Şaltyanis
lit. Saulius Šaltenis
Doğum tarixi 24 dekabr 1945(1945-12-24) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı
Əsərlərinin dili Litva dili
Mükafatları Litva SSR Dövlət Mükafatı (1973)
Yuozas Qruşas mükafatı (1986)
Litva Müstəqillik Medalı (2000)
Qabriele Pyatkyaviçayte-Bite mükafatı (2016)

Vilnüs Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1963–1964), iki il Sovet Ordusunda xidmət etmişdir.

1969–1972-ci illərdə Litva kinostudiyasında ssenari kollegiyasının redaksiyasında işləmişdir. 1971-ci ildən Litva Yazıçılar Birliyinin üzvü.

1988–1990-cı illərdə Sayudis Seyminin üzvü olmuşdur. 1989-cu ildə Arvidas Yuozaytis və Saulius Stoma ilə birlikdə həftəlik "Šiaurės Atėnai" ("Şimali Afina") adlı mədəniyyət qəzetini təsis etmiş və 1990–1994-cü illərdə onun redaktoru olmuşdur. 1990–1992-ci illərdə Litva SSR Ali Sovetinin deputatı, Litvanın müstəqilliyini bərpa etmək aktını imzalamışdır.

1994–1996-cı illərdə gündəlik "Lietuvos aidas" ("Litvanın əks – sədası") qəzetinin baş redaktoru olmuşdur.

1992–1996 və 1996–2000-ci illərdə Litva Parlamentinin üzvü olmuşdur. 1996–1999-cu illərdə Gediminas Vaqnorius hökumətində mədəniyyət naziri vəzifəsini tuturdu. 2000-ci ilə qədər Vətən Birliyinin (Litva mühafizəkarları) üzvü idi, partiyanın sədr müavini olmuşdur.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1961-ci ildə əsərləri ilk dəfə çap olundu.[2] Qısa hekayələr, povestlər, romanlar və pyeslərin müəllifidir. Onun ssenariləri əsasında "Kişi yazı" ("Vyrų vasara", 1970, A. Yurovski ilə birgə), Herkus Mantas ("Herkus Mantas", 1972), "Xətti çəkərək" ("Ties riba", 1972, Qriqori Kanoviç ilə birgə), "Fındıq çörəyi" ("Riešutų duona"; 1977) və s. kinolar çəkilmişdir.[1]

  • Atostogos: apsakymai. Vilnius: Vaga, 1966.
  • Riešutų duona; Henrikas Montė: apysakos. Vilnius: Vaga, 1972.
  • Duokiškis: apysaka. Vilnius: Vaga, 1977.
  • Škac, mirtie, škac!; Jasonas: pjesės. Vilnius: Vaga, 1978.
  • Atminimo cukrus: apsakymai ir apysaka. Vilnius: Vaga, 1983.
  • Apysakos. Vilnius: Vaga, 1986.
  • Lituanica; Duokiškio baladės: pjesės. Vilnius: Vaga, 1989.
  • Kalės vaikai: romanas. Vilnius: Vaga, 1990; Žaltvykslė, 2006.
  • Pokalbiai prieš aušrą: publicistika. Vilnius: Lietuvos aidas, 1995.
  • Riešutų duona: apysakos ir apsakymai (sudarė Kęstutis Urba). Kaunas: Šviesa, 2003.
  • Pjesės (parengė A. Iešmantaitė). Vilnius: Žaltvykslė, 2006.
  • Proza: novelės ir apysakos (parengė Agnė Iešmantaitė). Vilnius: Žaltvykslė, 2006, 2007.
  • Demonų amžius: proza ir dramaturgija. Vilnius: Tyto alba, 2014.
  • Žydų karalaitės dienoraštis: romanas. Vilnius: Tyto alba, 2015, 2016.
  • 1973 — "Herkus Mantas" kinossenarisinə görə Litva SSR Dövlət Mükafatı.
  • 1986 — "Lituanica" dramına görə Yuozas Qruşas mükafatı.
  • 2000 — Litva Müstəqillik Medalı.
  • 2016 — "Žydų karalaitės dienoraštis" romanına görə Qabriele Pyatkyaviçayte-Bite mükafatı.
  1. 1 2 "Литовское Искусство в 1960-80 гг". Медиаэнциклопедия ИЗО. 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  2. Tarybų Lietuvos rašytojai, 1975. səh. 156
  • Dagytė, Emilija; Straukaitė, Danutė. Šaltenis Saulius // Tarybų Lietuvos rašytojai. Biografinis žodynas (30000 nüs.). Vilnius: Vaga. 1975. 156.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]