Arvidas Yuozaytis (lit. Arvydas Juozaitis; 18 aprel 1956, Vilnüs) — məşhur Litva yazıçısı, siyasətçisi və filosofu. Siyasi karyerasından əvvəl SSRİ üzgüçülük yığmasının üzvü idi, Olimpiya bürünc mükafatçısıdır.
Arvidas Yuozaytis | |
---|---|
Doğum tarixi | 18 aprel 1956 (68 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Litva |
Təhsili | |
Fəaliyyəti | universitet müəllimi[d], yazıçı, jurnalist, siyasətçi, üzgüçü[d], filosof |
Mükafatları | SSRİ heyətində 1976 Monreal Olimpiya Oyunlarının bürünc medalı (üzgücülük, 100 m brass) |
Vikianbarda əlaqəli mediafayllar |
Monreal Olimpiadasında Arvidas, 100 metr məsafəlik brass yarışlarında britaniyalı David Vilki və amerikalı Con Henkenə məğlub olaraq bürünc medal qazandı.[1] 200 metr məsafədə 6-cı oldu və 4 × 100 metr məsafəli kombinasiya estafetində 5-ci yeri tutdu.
İdmançı karyerasını bitirdikdən sonra Arvidas 1980-ci ildə Vilnüs Universitetini bitirdi. 1986-cı ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Daha sonra alma-materində ekzistensializm fəlsəfəsi üzrə dərslər deyirdi. Litva SSR Elmlər Akademiyasında böyük elmi işçi idi.
1988-1990-cı illərdə Litva SSR-nin SSRİ-dən çıxması prosesinə rəhbərlik edən Sayudis hərəkatının qurucuları və liderlərindən biridir. 2004-2009-cu illərdə Kalininqradda yerləşən Litva Baş Konsulluğunun mədəniyyət attaşesi kimi çalışmışdır. 2009-2012-ci illərdə Riqada yaşamışdır. Hal hazırda Litva Olimpiya Komitəsinin vitse-prezidentidir.[2]