Sautrantika (sanskr. सौत्रान्तिक; çin. ənən. 經量部\ 說經部, sadə. jīng liàng bù\ shuō jīng bù; yap. 経量部) və ya Suttavada (pali) — hinayana buddizminin fəlsəfi məktəbi. Sautrantika haqqında məlumat Vasubandhunun "Abhidharmakoşa" traktatında verilmişdir. Vaybhaşikadan fərqli olaraq, sautrantika iddia edir ki, dharmalar yalnız bir an üçün mövcuddur, bu, real olan yeganə şeydir və müddəti mövcud deyil. Madhyamaka təlimlərinə yaxınlaşan sautrantika hinayanadan mahayana buddizminə aralıq keçidini təşkil edir.[1]