Dharma

Dharma və ya dhamma (sanskr. धर्म dharmaIAST, dhammaIAST "təlim", "qanun") — hind fəlsəfəsi və hind dinlərində ən vacib anlayışlardan biridir. Dharma, kosmik nizamı qorumaq üçün zəruri olan müəyyən edilmiş norma və qaydaların məcmusu kimi təsvir edilə bilər. Dharma anlayışına ekvivalent tapmaq çətindir. "Dharma" sözü hərfi olaraq "tutan və dəstəkləyən" kimi tərcümə olunur (Sanskrit köklü söz dhar və ya dhri dhṛ — "tutmaq, dəstək vermək" deməkdir). Kontekstdən asılı olaraq, dharma "mənəvi prinsiplər", "dini vəzifə", "ümumbəşəri olma qanunu" və s. kimi tərcümə oluna bilər.

Dharma, hind dinlərinin doktrinalarında əsas rol oynayır, hər biri dharmik prinsiplərini qəbul edir və tətbiq edir. Hind dini ənənələrində, dharma normalarına uyğun yaşayan insanların mokşa ya da nirvanaya nail olmaları ümumiyyətlə qəbul edilir. Hind cəmiyyətində dharma, hər bir şəxsin hüquq və vəzifələri barədə dini və mənəvi bir doktrinadır.