Savoyyalı Bona

Savoyyalı Bona (it. Bona di Savoia) (10 avqust 1449[1], Avigliana qəsri[d], Pyemont17 noyabr 1503[2][3], Fossano[d], Pyemont[2]) — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır.

Savoyyalı Bona
ƏvvəlkiDoroteya Qonzaqa
SonrakıAraqonlu İzabella
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1449[1]
Doğum yeri
Vəfat tarixi 17 noyabr 1503[2][3] (54 yaşında)
Vəfat yeri
Atası Savoyyalı Lüdovik
Anası Kiprli Anna
Həyat yoldaşı Qalezzo Mariya Sforza
Uşaqları Govanni Qalezzo Sforza
Bianka Mariya Sforza
Ailəsi Savoyya sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq kraldan intiqamını almış oldu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi.

Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Caterina Santoro, Gli Sforza, Tea Storica, pp. 224–225
  • Daniel M. Bueno De Mesquita (1969). "Bona di Savoia in Dizionario Biografico degli Italiani"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 autori vari BONA di Savoia, duchessa di Milano // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1930.
  2. 1 2 3 4 autori vari BONA di Savoia, duchessa di Milano // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1930.
  3. 1 2 https://www.google.fr/books/edition/Revue_des_biblioth%C3%A8ques/wVHpAAAAMAAJ?hl=fr&gbpv=1&dq=Bonne+de+Savoie+novembre+Fossano&pg=PA57&printsec=frontcover.