Kiprli Anna

Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418[1], Nikosiya, Nikosiya rayonu[d]11 noyabr 1462[1][2], Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır.

Kiprli Anna
Şəxsi məlumatlar
Doğum tarixi 24 sentyabr 1418(1418-09-24)[1]
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1462(1462-11-11)[1][2] (44 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi.

Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu. Bütün bu məsrəflərin qarşılanması üçün Anna qızları üçün mühüm evlilik planları tərtiblədi. 1451-ci ildə 10 yaşlı qızı Şarlottanı Fransa taxtının vəliəhdi Lüdoviklə evləndirdi.

11 noyabr 1462-ci ildə Cenevrədə vəfat etdi.

  1. 1 2 3 4 5 6 7 8 Lundy D. R. Anne de Lusignan, Princess of Cyprus // The Peerage (ing.).
  2. 1 2 Pas L. v. Anne de Lusignan // Genealogics (ing.). 2003.