Sayonara, Zetsubou-Sensei

Sayonra, Zetsubou-Sensei (さよなら絶望先生?, azərb. Əlvida, Ümidsizlik müəllimi‎) – Koci Kumeta tərəfindən yaradılan manqa seriyası. 2005-ci ildən 2012-ci ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında yayımlanmış və 30 tankobon cildi buraxılmışdır. Manqada hadisələr pessimist və hər şeyə ümidsiz aspektlə yanaşan müəllim Nozomu İtoşiki və onun qəribə şagirdləri ətrafında cərəyan edir. Yaponiya cəmiyyəti, siyasət və media satirik şəkildə tənqid olunur. 2007-ci ildə manqa "Ən yaxşı şonen manqası" kateqoriyasında Kodansha mükafatına layiq görülmüşdür.

Sayonara, Zetsubou-Sensei
さよなら絶望先生
azərb. Əlvida, Ümidsizlik müəllimi
Janr qara komediya, satira
Manqa
ManqakaKoci Kumeta
NəşriyyatKodansha
JurnalWeekly Shōnen Magazine
Demoqrafiyaşonen
Nəşr tarixi27 aprel 2005 - 13 iyun 2012
Cildlər30 (cild siyahısı)
Anime
RejissorAkiyuki Şinbo
ProdüsserAtsuşi Moriyama
SsenaristKeniçi Kanemaki
BəstəkarTomoki Haseqava
StudiyaShaft
KanalTVK, CTC, TV Saitama, Sun TV, Tokyo MX, TV Aichi, KBS, Kids Station
Buraxılış tarixi7 iyun 2007 - 22 sentyabr 2007
Seriyalar12 (seriya siyahısı)
Anime
(Zoku) Sayonara, Zetsubou-Sensei
RejissorAkiyuki Şinbo
Yukihiro Miyamoto
ProdüsserAtsuşi Moriyama
SsenaristYuiçiro Oquro
BəstəkarTomoki Haseqava
StudiyaShaft
KanalTVK, CTC, TV Saitama, Sun TV, Tokyo MX, TV Aichi, KBS, BS11 Digital, Kids Station
Buraxılış tarixi5 yanvar 2008 - 29 mart 2008
Seriyalar13 (seriya siyahısı)
Anime
(Goku) Sayonara, Zetsubou-Sensei
RejissorAkiyuki Şinbo
Yukihiro Miyamoto
SsenaristAkiyuki Şinbo
BəstəkarTomoki Haseqava
StudiyaShaft
Buraxılış tarixi17 oktyabr 2008 - 17 fevral 2009
Vaxt23-24 dəq.
Seriyalar3 (seriya siyahısı)
Anime
(Zan) Sayonara, Zetsubou-Sensei
RejissorAkiyuki Şinbo
Yukihiro Miyamoto
SsenaristAkiyuki Şinbo
BəstəkarTomoki Haseqava
StudiyaShaft
KanalTVK, CTC, TV Saitama, Sun TV, Tokyo MX, TV Aichi, KBS, BS11 Digital
Buraxılış tarixi4 iyul 2009 - 26 sentyabr 2009
Seriyalar13 (seriya siyahısı)
Anime
(Zan) Sayonara, Zetsubou-Sensei Bangaichi
RejissorAkiyuki Şinbo
Yukihiro Miyamoto
SsenaristAkiyuki Şinbo
BəstəkarTomoki Haseqava
StudiyaShaft
Buraxılış tarixi17 noyabr 2009 - 17 fevral 2010
Vaxt26-28 dəq.
Seriyalar2 (seriya siyahısı)
  Anime və manqa portalı

Manqa seriyası əsasında Shaft studiyası tərəfindən 3 mövsümlük anime serialı çəkilmiş və OVA-lar buraxılmışdır.

"Sayonara, Zetsubou-Sensei" manqasında hadisələr Nozomu İtoşiki adlı, həddən artıq pessimist olan lisey müəlliminin tərafında cərəyan edir. Seriyanın ən əvvəlində özünü sakura ağacından asaraq intihar etməyə çalışır, lakin həddən artıq optimist tələbəsi Kafuka Fuura tərəfindən xilas edilir. Kafuka ona deyir ki, belə gözəl gündə, xüsusilə bu cür gözəl ağacların önündə intihar edə bilməz. O, Nozomuya "Çəhrayı başçı" ləqəbi verir və ləqəbindən hər istifadəsinə görə ona 50 yen ödəyir. Məktəbdə sinif rəhbəri kimi işləməyə başlayan Nozomu orda Kafuka ilə qarşılaşır və onun şagirdi olduğunu öyrənir. Lakin daha sonra Nozomu fərqinə varır ki, Kafuka sadəcə aysberqin görünən tərəfidir, onun sinifi müxtəlif qəribə xüsusiyyətli şagirdlərlə doludur.

Hər fəsil və ya seriya həyatın və Yaponiya mədəniyyətinin müəyyən aspektləri və yapon dilində geniş yayılmış ifadədən bəhs edir. Burada götürülmüş mövzunun sərhədlərini həm məntiqi tərəfdən, həm söz oyunları ilə genişləndirməyə çalışırlar. Məsələn, epizodlarında birində görücü üsulu ilə evlilik mənasına gələn "omiai" sözü ilə söz oyunu edilərək Nozomunu göz kontaktı ilə evləndirməyə çalışırlar. Bir çox epizodda Nozomu əsasən pozitiv görünən aspektlərin mənfi tərəflərini tələbələrinə göstərməyə çalışır.