Monogatari (物語?, azərb. Hekayə) – Yaponiya romançısı Nisio İsin tərəfindən yazılan və Tayvan illüstratoru Vofan tərəfindən çəkilən ranobe seriyası. Kodansha nəşriyyatı 2006-cı ilin noyabrından bəri Kodansha Box imprinti altında 24 cildini buraxmışdır. Azı 5 cildinin də buraxılması planlaşdırılır. Hekayənin baş qəhrəmanı vampir hücumundan sağ çıxmış lisey tələbəsi Araraqi Koyomidir. Özü də vampirə çevrilmiş Koyomi tezliklə müxtəlif qəribə hadisələrlə – kabuslarla, tanrılarla, mifik varlıqlarla və ruhlarla problemləri olan qızlara kömək etməyə başlayır.
Monogatari | |
Birinci cildin üzlüyü. Personaj: Hitaqi Sencoqahara. | |
物語 azərb. Hekayə | |
---|---|
Janr | fentezi, paranormal[1] |
Manqa | |
Manqaka | Nisio İsin |
Rəssam | Vofan |
Nəşriyyat | Kodansha |
Jurnal | Mephisto Pandora |
Nəşr tarixi | 10 avqust 2005 – hazırda |
Cildlər | 24 (cild siyahısı) |
Anime | |
Rejissor | Akiyuki Şinbo Tatsuya Oyşi Tomoyuki İtamura |
Prodüsser | Atsuhiro İvakami Mitsutoşi Kubota Masayuki Haryu |
Ssenarist | Fuyaşi To Yukito Kizava Munemasa Nakamoto |
Bəstəkar | Satoru Kosaki |
Studiya | Shaft |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, MBS, TVS, TVK, TVA, CTC, TVQ, TVH, BS Japan |
Buraxılış tarixi | 3 noyabr 2009 – 31 dekabr 2012 |
Seriyalar | 30 (seriya siyahısı) |
First Season arkları:
| |
Radiotamaşa | |
Hyakumonogatari | |
Ssenarist | Nisio İsin |
Yayım tarixi | 3 avqust 2009 |
Video oyun | |
Bakemonogatari Portable | |
Hazırlayan | Namco Bandai Games |
Nəşr edən | Namco Bandai Games |
Janr | vizual roman |
Platforma | PlayStation Portable |
Buraxılış tarixi | 23 avqust 2012 |
Anime | |
Rejissor | Akiyuki Şinbo Tomoyuki İtamura |
Prodüsser | Atsuhiro İvakami Mitsutoşi Kubota Takuya Matsuşita |
Ssenarist | Fuyaşi To Yukito Kizava Munemasa Nakamoto |
Bəstəkar | Satoru Kosaki |
Studiya | Shaft |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, Chiba TV, tvk, TVS, Tochigi TV, GTV, MBS, TV Aichi, TVh, TVQ Kyushu, BS11 |
Buraxılış tarixi | 7 iyul 2013 – 16 avqust 2014 |
Seriyalar | 31 (seriya siyahısı) |
Second Season arkları:
| |
Anime | |
Rejissor | Akiyuki Şinbo Tomoyuki İtamura |
Prodüsser | Atsuhiro İvakami Mitsutoşi Kubota Takuya Matsuşita |
Ssenarist | Fuyaşi To Yukito Kizava Munemasa Nakamoto |
Bəstəkar | Key Haneoka |
Studiya | Shaft |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, BS11, GYT, GTV, TVS, CTC, tvk, MBS, TVh, TVA, TVQ |
Buraxılış tarixi | 31 dekabr 2014 – 2018 |
Seriyalar | 36 (seriya siyahısı) |
Final Season arkları:
| |
Manqa | |
Bakemonogatari | |
Manqaka | Oh! great |
Nəşriyyat | Kodansha |
Jurnal | Weekly Shōnen Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 14 mart 2018 – 15 mart 2023 |
Cildlər | 22 |
Digər | |
Shaft tərəfindən istehsal olunmuş ilk anime adaptasiyası "Bakemonogatari" (12 seriya) 2009-cu ilin iyulundan sentyabrına qədər nümayiş etdirilmişdir və 2009-cu ilin noyabrından 2010-cu ilin iyununa qədər daha üç seriyası onlayn yayımlanmışdır. Sikvel anime "Nisemonogatari" 2012-ci ilin yanvarından martına qədər göstərilmişdir. "Nekomonogatari (Kuro)" animesi isə 31 dekabr 2012-ci ildə yayımlanmışdır. "Monogatari Series Second Season" adlı növbəti anime 7 iyul 2013-cü ildən 29 dekabr 2013-cü ilə kimi nümayiş etdirilmişdir. "Hanamonogatari" animesi isə 16 avqust 2014-cü ildə yayımlanmışdır. "Tsukimonogatari"-nin anime adaptasiyası 31 dekabr 2014-cü ildə göstərilmişdir. "Owarimonogatari" romanlarının anime adaptasiyasının birinci mövsümü 3 oktyabr-19 dekabr 2015-ci il tarixlərində, ikinci mövsümü isə 12-13 avqust 2017-ci il tarixlərində yayımlanmışdır. Bundan əlavə, "Kizumonogatari" prikvel ranobesi əsasında çəkilmiş film trilogiyası buraxılmışdır.
Ranobe seriyasının baş qəhrəmanı liseyin üçüncü sinfində oxuyan Araraqi Koyomi adlı gənc oğlandır. Koyomi bir müddət əvvəl vampir hücumuna məruz qalmış, lakin sağ qalaraq yarıvampir, yarıinsan bir varlığa çevrilmişdir. Bir gün Koyominin sinif yoldaşı Hitaqi Sencoqahara səhvən pilləkanlardan yıxılır və Koyominin qollarına düşür. Bu zaman Koyomi çox maraqlı bir şey kəşf edir: Hitaqinin heç bir kütləsi, ağırlığı yoxdur. Hitaqi bu barədə heç kimə danışmaması üçün onu təhdid etsə də, Koyomi ona öz köməyini təklif edir və onu Meme Oşino ilə tanış edir. Oşino tərk edilmiş binada yaşayan orta yaşlı və qəribə adamdır, Koyominin tam vampirə çevrilməsinin qarşısını o alıb. Koyomi Hitaqinin probleminin həll edilməsində kömək edir və onlar dost olurlar.
Hekayənin gedişatında Koyomi müxtəlif "qəribəlik"lərlə problemləri olan qızlara kömək etməyə başlayır: kabus uşaq Mayoy Haçikuci; ondan aşağı sinifdə oxuyan Suruqa Kanbaru; bacılarının dostu Nadeko Senqoku; sinif yoldaşı Tsubasa Hanekava; bacıları Karen və Tsukihi. Bu qəribəliklərin öhdəsindən gəlmək üçün Koyomi əvvəlcə Oşinodan, daha sonra ona hücum etmiş vampir, hazırda isə 8 yaşlı qız görünüşündə dostu olan Şinobudan kömək alır.
Personajların çoxu problemi olduğu qəribəliyi simvolizə edən əşya daşıyırlar: Hitaqinin stepleri (yengəc qısqacı); Mayoyun çantası (ilbiz qabığı); Suruqanın qolu (meymun qolu); Nadekonun papağı və jaketi (ilanın başı və dərisi); Karenin sarı-qara geyimi (arının rəngləri). Fentezi, qorxu və döyüş janrlarını özündə birləşdirsə də, hekayə personajlar arasındakı dialoqlara daha çox önəm verir. Seriyada digər seriyalardan parodiyaları, eləcə də, Nisio İsinin söz oyunlarını və metayumorunu görmək olar.
"Monogatari" əvvəlcə Nisio İsin tərəfindən "Mefisto" jurnalı üçün qısa hekayələr seriyası kimi yaradılmışdır. Onun əvvəlki işi olan "Zaregoto" seriyasında çox personaj olsa da, hər "Monogatari" hekayəsində cəmi bir yeni personaj təqdim etməyi məqsədəuyğun hesab etmişdir. Müəllifin daha əvvəl nəşr olunmuş "Bakemonogatari" hekayələri və sonrakı hekayələri Kodansha Box tərəfindən 2006-cı ildə iki cild şəklində buraxılmışdır.[2][3] İlk cild "Bakemonogatari" (化物語?, "Bədheybət hekayəsi") üç hekayəni özündə birləşdirir: "Hitaqi yengəci" (ひたぎクラブ?), "Mayoy ilbizi" (まよいマイマイ?) və "Suruqa meymunu" (するがモンキー?). İkinci cild əlavə iki hekayədən ibarətdir: "Nadeko ilanı" (なでこスネイク?) və "Tsubasa pişiyi" (つばさキャット?).[4]
"Koyomi Vamp" (こよみヴァンプ?) adlı prikvel Pandora jurnalının ilk buraxılışında nəşr olunmuşdur. Bu, daha sonra 2008-ci ildə "Kizumonogatari" (傷物語?, "Çapıq hekayəsi") adı ilə ayrı cild kimi buraxılmışdır.[5] Daha sonra "Nisemonogatari" (偽物語?, "Saxta hekayə") adlı iki cildlik seriya 2008 və 2009-cu illərdə buraxılmışdır:[6] "Karen arısı" (かれんビー?) və "Tsukihi foniksi" (つきひフェニックス?).[7] 2010-cu ildə "Nekomonogatari" (猫物語?, "Pişik hekayəsi") hekayəsinin birinci cildi buraxılmışdır ("Kuro" (黒?, "Qara") altbaşlığı ilə). Bu hekayə "Bakemonogatari" üçün prikvel təşkil edən "Tsubasa ailəsi" (つばさファミリー?) adlı hekayəyə malikdir.
"Monogatari" saqasının ikinci hissəsi 2010-2011-ci illərdə buraxılmışdır və Koyominin digər personajlarla olan münasibətlərinə daha çox diqqət ayırır. "Shiro" (白?, "Ağ") altbaşlığı ilə buraxılmış ikinci "Nekomonogatari" cildi "Tsubasa pələngi" (つばさタイガー?) hekayəsindən, "Kabukimonogatari" (傾物語?, "Eniş hekayəsi") "Mayoy cianqşisi" (まよいキョンシー?) hekayəsindən, "Hanamonogatari" (花物語?, "Çiçək hekayəsi") "Suruqa şeytanı" (するがデビル?) hekayəsindən, "Otorimonoqatari" (囮物語?, "Tələ hekayəsi") "Nadeko meduzası" (なでこメドゥーサ?) hekayəsindən, "Onimonogatari" (鬼物語?, "İblis hekayəsi") "Şinobu vaxtı" (しのぶタイム?) hekayəsindən və "Koimonogatari" (恋物語?, "Sevgi hekayəsi") "Hitaqi sonu" (ひたぎエンド?) hekayəsindən ibarətdir.
"Monogatari" saqasının üçüncü hissəsi 2012-2014-cü illərdə buraxılmışdır və Meme Oşinonun qohumu olan Oqi Oşinonun hekayəsinə daha çox önəm verir. Altı cilddən ibarətdir: "Tsukimonogatari" (憑物語?, "Ələkeçirmə hekayəsi") "Yotsuqi kuklası" (よつぎドール?) hekayəsindən, "Koyomimonogatari" (暦物語?, "Təqvim hekayəsi") 12 qısa hekayədən, "Owarimonogatari"nin (終物語?, "Sonluq hekayəsi") üç cildi "Oqi formulası" (おうぎフォーミュラ, Ōgi Fōmyura?), "Sodaçi tapmacası" (そだちリドル, Sodachi Ridoru?), "Sodaçi püşkü" (そだちロスト, Sodachi Rosuto?), "Şinobu poçtu" (しのぶメイル, Shinobu Meiru?), "Mayoy cəhənnəmi" (まよいヘル, Mayoi Heru?), "Hitaqi görüşü" (ひたぎランデブー, Hitagi Randebū?) və "Oqi tündü" (おうぎダーク, Ōgi Dāku?) hekayələrindən, "Zoku-Owarimonogatari" (続・終物語?, "Davam edən sonluq hekayəsi") "Koyomi ziddiyyəti" (こよみリバース, Koyomi Ribāsu?) hekayəsindən ibarətdir.
"Monogatari" saqasının dördüncü hissəsi 2015-2017-ci illərdə buraxılmışdır və və müxtəlif personajların yan hekayələrindən ibarətdir. İlk kitab "Orokamonogatari" (愚物語?, "Axmaq hekayəsi") "Sodaçi fiaskosu" (そだちフィアスコ?), "Suruqa heyvərəsi" (するがボーンヘッド?) və "Tsukihi ləğvi" (つきひアンドゥ?) hekayələrini özündə birləşdirir. İkinci kitab "Wazamonogatari" (業物語?, "Karma hekayəsi") "Ədalət şahzadəsi" (うつくし姫, Utsukushihime?), "Acerola Bon Appétit" (あせろらボナペティ, Aserora Bonapeti?), "Karen adamyeyəni" (かれんオウガ, Karen Ouga?) və "Tsubasa yuxusu" (つばさスリーピング, Tsubasa Surīpingu?) hekayələrindən ibarətdir. Üçüncü kitab "Nademonogatari" (撫物語?, "Nadeko hekayəsi") "Nadeko lotereyası" (なでこドロー, Nadeko Dorō?) hekayəsindən ibarətdir. Dördüncü kitab "Musubimonogatari" (結物語?, "Son hekayə") "Zenka su pərisi" (ぜんかマーメイド, Zenka Māmeido?), "Nozomi qolemi" (のぞみゴーレム, Nozomi Gōremu?), "Mitome qurdu" (みとめウルフ, Mitome Urufu?) və "Tsuzura insanı" (つづらヒューマン, Tsuzura Hyūman?) hekayələrini özündə birləşdirir.
"Monogatari" seriyasının beşinci və son saqasının ilk kitabı 2017-ci ildə buraxılmışdır və Koyominin universitet həyatından bəhs edir. "Shinobumonogatari" (忍物語?) adlı kitabda "Şinobu ustalaşıb" (しのぶマスタード, Shinobu Masutādo?) hekayəsi verilib. İkinci kitab "Yoimonogatari" (宵物語?) "Mayoy ilbizi" (まよいスネイル, Mayoi Suneiru?) və "Mayoy ilanı" (まよいスネイク, Mayoi Suneiku?) hekayələrindən ibarətdir. Üçüncü kitab "Amarimonogatari" (余物語?) "Yotsuqi bədəni" (よつぎボディ, Yotsugi Bodi?) və "Yotsuqi kölgəsi" (よつぎシャドウ, Yotsugi Shadou?) hekayələrini özündə birləşdirir. Dördüncü kitab "Ōgimonogatari" (扇物語?) "Oqi işığı" (おうぎライト, Ōgi Raito?) və "Oqi uçuşu" (おうぎフライト, Ōgi Furaito?) hekayələrindən ibarətdir. Beşinci və sonuncu kitab iki cilddən ibarətdir: "Shinomonogatari" (死物語?) "Destopiya taleyi" (ですとぴあデスティニー, Desutopia Desutinī?), "Destopiya dayanacağı" (ですとぴあデスティネーション, Desutopia Desutinēshon?) və "Destopiya ölüm təhsili" (ですとぴあデスエデュケーション, Desutopia Desu Edyukēshon?) hekayələrindən ibarətdir.
Vertical ranobeləri Şimali Amerika üçün lisenziyalaşdırmışdır. "Kizumonogatari" 15 dekabr 2015-ci ildə,[8] "Bakemonogatari"-nin üç cildi 2016-cı ilin dekabrında, 2017-ci ilin fevralında və 2017-ci ilin aprelində şirkət tərəfindən Şimali Amerikada buraxılmışdır.[9] "Nisemonogatari" ranobesinin ilk cildi 2017-ci ilin iyununda,[10] ikinci cildi isə 2017-ci ilin avqustunda buraxılmışdır.[11]
"Bakemonogatari" ranobesinin anime adaptasiyası 3 iyul 2009-cu ildən 25 sentyabr 2009-cu ilə kimi Tokyo MX kanalında yayımlanmışdır.[12][13] Anime Kodansha nəşriyyatının "Nisio Isin Anime Project" layihəsi çərçivəsində Shaft studiyası tərəfindən çəkilmişdir. Rejissoru Akiyuki Şinbo (Tatsuya Oyşi ilə birlikdə), ssenaristi Fuyaşi To və personaj dizayneri Akio Vatanabedir.[14] Bəstəkarı isə Satoru Kosakidir.[15] Animenin 15 seriyasının yayımlanması planlaşdırılsa da, 12 seriyası yayımlanmışdır. Qalan 3 seriya ONA şəklində animenin rəsmi saytında 3 noyabr 2009-cu ildən 25 iyun 2010-cu ilə göstərilmişdir.[16] Sakura-Con 2012 tədbirində Aniplex of America bu animeni Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamış[17] və 20 noyabr 2012-ci ildə Blu-ray formatında buraxmışdır.[18]
"Nisemonogatari" ranobesinin 11 seriyalıq anime adaptasiyası 8 yanvar 2012-ci ildən 18 mart 2012-ci ilə kimi yayımlanmışdır və istehsaçı komanda "Bakemonogatari" animesindəkindən fərqlənməmişdir. "Nekomonogatari (Kuro)" (猫物語(黒)?, "Pişik hekayəsi (Qara)") ranobesinin 4 seriyadan ibarət anime adaptasiyası 31 dekabr 2012-ci ildə buraxılmışdır.[19] İki BD/DVD cildi buraxılmışdır: 6 mart 2013-cü ildə və 3 aprel 2013-cü ildə.[19] "Nekomonogatari (Shiro)" (猫物語(白)?, "Pişik hekayəsi (Ağ)") ranobesindən "Koimonogatari"[20] ranobesinə qədər buraxılmış 6 cildin 5-ni əhatə edən 26 seriyalıq "Monogatari Series Second Season" animesi 7 iyul 2013-cü ildən 29 dekabr 2013-cü ilə kimi yayımlanmışdır.[21][22]
İkinci saqanın son qalan cildi "Hanamonogatari"-nin 5 seriyalıq anime adaptasiyası 16 avqust 2014-cü ildə buraxılmışdır.[23] Üçüncü saqanın birinci cildi olan "Tsukimonogatari" (xronoloji baxımdan "Monogatari Series Second Season" ilə "Hanamonogatari"-nin ortasında düşür) isə 31 dekabr 2014-cü ildə göstərilmişdir.[24] Üçüncü saqanın iki cildini əhatə edən 12 seriyalıq "Owarimonogatari" adlı anime 3 oktyabr 2015-ci ildən 19 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. "Kizumonogatari" prikvel ranobesi əsasında film trilogiyası çəkilmişdir. Birinci film "Kizumonogatari Part 1: Tekketsu" 8 yanvar 2016-cı ildə,[25] ikinci film "Kizumonogatari Part 2: Nekketsu" 19 avqust 2016-cı ildə,[26][27] üçüncü film "Kizumonogatari Part 3: Reiketsu" 6 yanvar 2017-ci ildə ekranlaşdırılmışdır.[28] "Koyomimonogatari" ranobesi əsasında isə 12 seriyalıq ONA seriyası çəkilmiş[29] və 9 yanvar 2016-cı ildə buraxılmışdır. "Owarimonogatari" ranobesinin üçüncü cildinə əsaslanan 7 seriyalıq növbəti anime isə 12-13 avqust 2017-ci ildə yayımlanmışdır.[30][31]
"Bakemonogatari"-nin manqa adaptasiyası 14 mart 2018-ci ildə "Weekly Shōnen Magazine" 15-ci buraxılışında nəşr olunmağa başlamışdır. Manqa Oh! Great tərəfindən yazılır və çəkilir.
Hyakumonoqatari Kaydankai adlı salon oyununu ələ alan "Hyakumonogatari" (佰物語) adlı CD drama 3 avqust 2009-cu ildə buraxılmışdır. Ssenarisi Nisio İsin tərəfindən yazılmışdır.[32]
23 avqust 2012-ci ildə Bandai Namco Games tərəfindən PlayStation Portable üçün istehsal olunmuş Bakemonogatari Portable (化物語 ポータブル?) adlı vizual roman buraxılmışdır.[33][34]
Good Smile Company tərəfindən seriyaya həsr olunmuş bir çox nendoroid plastik fiqurlar buraxılmışdır (3 dəstdə). Birinci dəstə daxil olan personajlar Koyomi Araraqi, Hitaqi Sencoqahara və Tsubasa Hanekavadır.[35] İkinci dəstə Suruqa Kanbaru, Mayoy Haçikuci və Nadeko Senqoku daxildir.[36] Üçüncü dəstdəki personajlar Araraqi bacıları – Karen və Tsukihi, eləcə də, Şinobu Oşinodur.[37] Şirkət həmçinin bu personajlar 1/8 miqyaslı fiqurlarını da buraxmışdır: Hitaqi Sencoqahara,[38] Suruqa Kanbaru,[39] Nadeko Senqoku,[40] Tsubasa Hanekava,[41] Mayoy Haçikuci[42] və Şinobu Oşino.[43] Şirkət həmçinin Şinobunun "Kizumonogatari"-də görünən yaşlı şəklinin də fiqurunu buraxmağı planlaşdırır. Şirkət bir neçə personajın fiqma fiqurlarını da buraxmışdır: Koyomi Araraqi,[44] Hitaqi Sencoqahara,[45] Mayoy Haçikuci,[46] Suruqa Kanbaru,[47] Nadeko Senqoku[48] və Tsubasa Hanekava[49] (Araraqi bacıları isə planlaşdırılır). Bu şirkətdən əlavə, Bandai və Kotobukiya şirkətləri də seriyanın personajlarının fiqurlarını istehsal etmişdir.
Ranobe seriyası Takarajimasha nəşriyyatının "Kono Light Novel ga Sugoi!" ranobe soraq kitabçasının 2009-cu il buraxılışında 6-cı yeri tutmuşdur. 2010-cu ildə isə 2-ci yerdə göstərilmişdir. Koyomi Araraqi 2009-cu ildə ən yaxşı 6-cı, 2010-cu ildə 2-ci, 2011-ci ildə 7-ci, 2012-ci ildə 3-cü və 2013-cü ildə 6-cı ən yaxşı kişi personaj seçilmişdir. Bununla yanaşı, Hitaqi Sencoqahara 2009-cu ildə ən yaxşı 7-ci, 2010-cu ildə 4-cü, 2011-ci ildə 8-ci və 2012-ci ildə 7-ci qadın personaj olmuşdur.
Anime adaptasiyası 2-ci DEG Japan Mükafatları/Blu-ray Mükafatlarında İstifadəçilərin Xüsusi Mükafatını qazanmışdır.[50][51] "Bakemonogatari" və "Nisemonogatari" animelərinin birlikdə bir milyondan çox BD/DVD cildi satılmışdır.[52]