Sebastyan Lerdo de Texada

Sebastyan Lerdo de Texada (isp. Sebastián Lerdo de Tejada, İspanca tələffüz: [seβasˈtjan ˈleɾðo ðe teˈxaða]; 24 aprel 1823[1] və ya 1827[2][3][…]21 aprel 1889[1] və ya 1889[2][3][…], Nyu-York, Nyu-York ştatı) — Meksika vəkili, siyasətçisi və dövlət xadimi. O, 1872–1876-cı illərdə Meksika Prezidenti olmuşdur.

Sebastyan Lerdo de Texada
isp. Sebastián Lerdo de Tejada
19 iyul 1872 – 31 oktyabr 1876
ƏvvəlkiBenito Xuares
SonrakıXose Mariya İqlesias
Şəxsi məlumatlar
Doğum tarixi 24 aprel 1823(1823-04-24)[1] və ya 1827[2][3][…]
Vəfat tarixi 21 aprel 1889(1889-04-21)[1] və ya 1889[2][3][…]
Vəfat yeri
Fəaliyyəti hakim, siyasətçi, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sebastyan Lerdo de Texada 25 aprel 1827-ci ildə Xalapada anadan olmuşdur. O, hüquq təhsili almışdır. Lerdo de Texada liberal lider Benito Xuaresin yaxın dostu olmuşdur, O, 1855–1857-ci illərdə Ali Məhkəmədə işləmiş və Xarici İşlər naziri olmuşdur. Lerdo de Texada 1867-ci ildən Ali Məhkəmənin sədri kimi xidmət etmişdir. O, 1871-ci ildə prezident seçkilərində Xuaresə qarşı çıxmış və məğlub olmuşdur, lakin Ali Məhkəmənin sədri olaraq qalmışdır. 1872-ci ildə Xuaresin ölümündən sonra həmin ilin oktyabrında keçirilən seçkilərdə Lerdo de Texada prezident seçilmişdir. Onun hakimiyyəti dövründə Konqres kilsənin iqtisadi və siyasi gücünü məhdudlaşdıran, 12 noyabr 1874-cü il tarixli İslahat aktını qəbul etmişdir. Lerdo de Texada ABŞ-yə Texasdan Mexikoya dəmir yolu tikintisi üçün güzəşt verməkdən imtina etmişdir. Bu da amerikalıların Porfirio Diasın qiyamını dəstəkləmələrinin səbəblərindən biri olmuşdur. Nəticədə Lerdo de Texada 1877-ci ildə hakimiyyətini itirmişdir və ölkəni tərk etməyə məcbur qalmışdır. O, 21 aprel 1889-cu ildə Nyu-Yorkda vəfat etmişdir.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France Sebastián Lerdo de Tejada // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Lerdo de Tejada, Sebastián // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.
  3. 1 2 3 4 http://www.mcnbiografias.com/app-bio/do/show?key=lerdo-de-tejada-sebastian.
  4. "ЛЕРДО ДЕ ТЕХАДА, СЕБАСТЬЯН | Энциклопедия Кругосвет". www.krugosvet.ru. 2023-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-18.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Katz, Friedrich, "The Liberal Republic and the Porfiriato, 1867–1910" in Mexico Since Independence, Leslie Bethell, ed. New York: Cambridge University Press 1991, pp. 49–124.
  • Knapp, Frank Averill, The Life of Sebastián Lerdo de Tejada, 1823–1889: a study of influence and obscurity. Austin: University of Texas Press, 1951. [Principal biography in English]
  • Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9
  • Perry, Laurens Ballard. Juárez and Díaz: Machine Politics in Mexico. DeKalb: University of Northern Illinois Press 1978.
  • Sinkin, Richard N. The Mexican Reform, 1855–1876. 1979.
  • Sullivan, Paul. "Sebastián Lerdo de Tejada" in Encyclopedia of Mexico vol. 1, pp. 735–738. Chicago: Fitzroy Dearborn 1997.
  •  (isp.) "Lerdo de Tejada, Miguel", Enciclopedia de México, vol. 8. Mexico City, 1996, ISBN 1-56409-016-7.
  •  (isp.) Cosío Villegas, Daniel. Historia moderna de México. vol. 1 La república restorada, La vida política. 1959.
  •  (isp.) García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984.
  •  (isp.) Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, ISBN 968-38-0260-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]