Sebu adası (isp. Cebú, seb. Sugbo) — İnzibati baxımdan Filippinnin eyni adlı vilayətə daxil oilan ada. Adanın sahəsi 4467,5 km²[1] təşkil edir. Adada 2010-cı il məlumatına görə 4 167 320 nəfər yaşayır[2] (2010). Arxipelaqın mərkəzində yerləşir. Filippin arxipelaqına daxil olan orta ölçülü adadır Adanın inzibati mərkəzi Sebu şəhəridir. Filippinin ərazisinin böyüklüyünə görə ikinci və ən qədim şəhərlərindən biridir.
Sebu adası | |
---|---|
seb. Sugbo | |
Ümumi məlumatlar | |
Sahəsi | 4467,5 km² |
Hündür nöqtəsi | 1097 m |
Əhalisi | 4.167.320 nəfər (2010-cu il) |
Yerləşməsi | |
10°25′35″ şm. e. 124°10′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sebu adası Neqros adasından şərqdə, Leyte adasından qərbdə, Bohol adasından isə cənub-şərqdə yerləşir. Bohol adasından Sebu boğazı, Neqros adasıntan isə Tanon boğazı ilə ayrılır. Neqros və Bohol adaları arasındadır. Ada 9°25’ş.e. və 11°15’ş.e. və 123°13’ş.u. və 124°5’ ş.u arasındadır. filippion arxipelaqının mərkəzində yerləşir.
Sebu adası uzunsov formaya malikdir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Onun uzunluğu şimaldan cənuba 225 km-dir. sebu adasının yaxınlığında ümumilikdə 167 elə də böyük olmayan ada vardır. Maktan, Bantayan, Malapaskua, Olanqo və Kamot adaları. Bu adalar arasında ən böyüyü Maktan adasıdır. Maktan Sebu adasına iki körpü il birləşmişdir. Sebu adasından şərqdə yerləşir. Yaxınlıqda yerləşən yüzlərlə adada yaşayış yoxdur.
İqlimi tropikdir. isti və rütubətli olan iqlim şəraitinə sahibdir. Orta illik temperatur +26,5 °C-dir. maydan oktyabra kimicənub-qərb mussonları müşahidə edilir. Bu mussonlar «Habakat» adlanır. Noyabrdan aprelə kimi isə quru küləklər müşahidə edilir. Bu küləklər isə «amixan» adı ilə tanınır. Adanın maksimal hündürlüyü 1097 metrdir.
Sebu adası əsasən əhəng daşından təşkil olunmuş bir platodur. Ada sahilləri düzəndir. Ərazisində az meyilli təpələr geniş sahə tutur. Burada hündürlüyü 1000 metrə çatan dağlar da vardır. adanın cənub-qərbində çoxlu sayda şəlalə vardır. Onlar arasında ən məşhuru Kavasandır.
Sebu adası 1521-ci ildə Fernan Magellan tərəfindən kəşf edilmişdir. Elə həmi Sebu adası yaxınlığımnda yerləşən Maktan adasında döyüş baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi İspan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Adada qarğıdalı, tütük, pambıq, şəkər qamışı, kokos palması kimi bitkilər yetişdirilir. Buradan qonur kömür, mis, qızıl, gümüş çıxarılır.