Semenik Milli Parkı

Semenik Milli Parkı - Karaşul dərəsi (rum. Parcul Naţional Semenic-Cheile Caraşului) - Rumıniyanın cənub-qərbində qorunan ərazi - milli park. Park ölkənin Karaş-Severin judetsində yerləşir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasın daxildir.[2]

Semenik Milli Parkı - Karaşul dərəsi
Sahəsi
  • 362,14 km²
  • 36.089,53581 ha[1]
Yaradılma tarixi 2000, 1990[1]
Yerləşməsi
45°08′31″ şm. e. 21°58′37″ ş. u.
Ölkə  Rumıniya
pnscc.ro
Semenik Milli Parkı - Karaşul dərəsi xəritədə
Semenik Milli Parkı - Karaşul dərəsi
Semenik Milli Parkı - Karaşul dərəsi

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Milli park Anina və Semeniç dağlarında yerləşir. Hər iki dağ Banat silsiləsinə daxildir. Sahəsi 36,214 hektardır. Ərazi tipik karstmeşə landşaftına malikdir. Bəzi ağacların yaşı 300-dən çoxdur. Avropanın qədim meşə sahələrindən birdir. Milli park daxilində Cheile Carasului, Izvoarele Carasului qoruqları fəaliyyət göstərir.

Karaşul dərəsi ölkənin ən uzun və ən gözəl çay dərələrindən biridir. Zəngin flora və faunası, eləcə də çoxlu karst mağaraları ilə diqqəti cəlb edir. Bəzi yerlədə çay dərəsinin divarları çox dikdir. Əhəng daşlarından ibarət olan bu divarlara yerli əhali „kesseln“ adlandırır. Çay dərəsinin sağ sahilində orta əsrlərə aid Qrat qəsrinin (1230) qalıqları yerləşir. Bölgənin ən gözəl mağaralarından biri Komarnik mağarasıdır. Mağara daxilində müxtəlif ölçülü stallaktitlərstalaqmitlər mövcuddur.[3]

Milli park ərazisində 20 arxeoloji qazıntı ərazisi var. 1955-ci ildə Karaşul dərəsində 800 hektarlıq ərazi qoruq elan edilmişdir. 1973-cü ildə bura Nerakvelen meşə ərazisi də əalavə olundu. 1991-ci ildə mağaralar da qorunan təbiət abidələri elan edildi.

Milli parkda 1200 bitki növü qeydə alınib: şərq palıdı, tikanlı bigəvər, qaytarma, kətan və s. Ərazidə 690 heyvan növü var. Onlardan 29 növü onurğasızlardı. 45 növ isə nadir hesab olunur. Mağaralarda 16 növ yarasa yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Nationally designated areas (CDDA) (ing.).
  2. protectedplanet.net - Semenic-Cheile Caraşului National Park - location Arxivləşdirilib 2014-01-14 at the Wayback Machine; retrieved on June 06, 2012
  3. dfbb.ro Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Die Karasch-Klamm und die Comarnic-Höhle