Semyon Bretanitski

Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası7 yanvar 1963, Bakı) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır.

Semyon Bretanitski
rus. Семён Леонтьевич Бретаницкий
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Odessa, Odessa qəzası, Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı
  • Leonid Bretanitski[d]
Musiqiçi məlumatları
Fəaliyyəti skripkaçı, musiqi pedaqoqu, konsertmeyster
Musiqi alətləri skripka, kamança
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1936
"Şərəf nişanı" ordeni — 1946

Semyon Bretanitski 25 noyabr (7 dekabr) 1886-cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını (Leopold Auerin[ing.] sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır.[1]

1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində[a] müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir.[2] Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, Qriqori Qamburq[ing.], Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.[1]

Semyon Bretanitski Azərbaycan bəstəkarlarının bir sıra skripka əsərlərinin ilk ifaçısı olmuşdur. O, Azərbaycanda ilk simli kvartetin (1925) və fortepiano triosunun (1937) təşkilatçısı və iştirakçısıdır.[2]

Semyon Bretanitski 7 yanvar 1963-cü ildə Bakıda vəfat etmişdir.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Həmin dövrdə Bakı Musiqi Texnikumu Rus İmperator Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərir və Bakı şöbəsi adlanırdı
  1. 1 2 3 Бретани́цкий Семён Леонтьевич // Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1. А — Гонг. М.: Советская энциклопедия. гл. ред.: Ю. В. Келдыш. 1973. стб. 572. 102 000 экз.
  2. 1 2 Бретани́цкий Семён Леонтьевич // Музыкальный энциклопедический словарь / гл. ред.: Г. В. Келдыш. М.: Советская энциклопедия. 1990. С. 82. ISBN 5-85270-033-9. 150 000 экз.