Semyon Vladimiroviç Peqov (rus. ́Семён Владимирович Пегов; 9 sentyabr 1985[1], Smolensk[2]) — sosial mediada səhnələşdirilmiş və ya saxta videolar yerləşdirməklə tanınan Rusiya blogeri, jurnalisti və təbliğatçısı.[3] O, "WarGonzo" hərbi layihəsi və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli "Telegram" kanalında işləyir.[4] O, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna və İkinci Qarabağ müharibələrini ilk növbədə rusiyayönlü prizmadan işıqlandırıb. 23 oktyabr 2022-ci ildə Donetsk vilayətində piyada əleyhinə minaya düşüb və nəticədə ayağının bir hissəsi amputasiya edilib.[5][6]
Semyon Peqov | |
---|---|
Doğum tarixi | 9 sentyabr 1985[1] (38 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, hərbi müxbir[d], felyetonçu[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
12 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.[7] 3 fevral 2023-cü ildə Ukrayna Baş Prokurorluğu Semyon Peqovu qiyabi olaraq "hərbi mövzularda təbliğat materialları" yaratmaqda ittiham edərək onun haqqında cinayət işi açıb. Prokurorluq qeyd edib ki, ittiham Rusiyanın hərəkətlərini "əsaslandırmaq, tanımaq və inkar etmək", habelə Rusiya Silahlı Qüvvələrini "şöhrətləndirmək" üçün cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb.[8]