"Senki" (戦旗?, azərb. "Döyüş bayrağı") – 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı.[1] Aylıq nəşr olunurdu.[2]
Senki | |
---|---|
Təsis tarixi | 1928 |
Ölkə | |
Dil | yapon dili |
Vikianbarda əlaqəli mediafayllar |
Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir.[1] 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur.[1] "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi.[1]
Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər.[1] Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər.[1] Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur.[2]
Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq,[2] təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır.[1] Jurnal populyarlaşdığı üçün Yaponiya Kommunist Partiyasının üzvlərini tərəfindən redaktə olunmağa başlamış və siyasi jurnala çevrilərək ədəbi əhəmiyyətini itirmişdir.[2] Siyasi tona keçməkdə 1930-cu ilin avqustunda Moskvada olmuş Kuraharanın da böyük təsiri olmuşdur.[2]
Jurnalın yerini doldurmaq üçün "Taishu no tama" və qadın oxucular üçün "Hataraku fujin" kimi jurnallar yaradılmışdır.[2] 1976–1977-ci illərdə "Senki" jurnalının buraxılışları təkrar çap olunmuşdur.[3]