Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans

Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans (SŞİE; ing. IEEE/ACM International Conference on Information Processing in Sensor Networks, IPSN) — sensor şəbəkələrinin informasiya emalı aspektlərinə əsas diqqət yetirməklə sensor şəbəkələri üzrə akademik konfrans. Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans siqnaltəsvirin emalı, informasiyakodlaşdırma nəzəriyyəsi, şəbəkəprotokollar, paylanmış alqoritmlər, simsiz rabitə, maşın öyrənməsi, daxil edilmiş sistemlərin dizaynı, verilənlər bazalarıinformasiyanın idarə edilməsi də daxil olmaqla bir çox sahələri özündə birləşdirir.

SŞİE tədbirləri

[redaktə | mənbəni redaktə et]

Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans 2001-ci ildə başlamışdır və aşağıda 2001–2014-cü illərdəki SŞİE tədbirlərinin siyahısı verilmişdir:[1]

  • 13-cü SŞİE 2014, Berlin, Almaniya, 15–17 aprel, 2014-cü il
  • 12-ci SŞİE 2013, Filadelfiya, Pensilvaniya, ABŞ, 8–11 aprel, 2013-cü il
  • 11-ci SŞİE 2012, Pekin, Çin, 16–19 aprel, 2012-ci il
  • 10-cu SŞİE 2011, Çikaqo, İllinoys, ABŞ, 12–14 aprel, 2011-ci il
  • 9-cu SŞİE 2010, Stokholm, İsveç, 12–16 aprel, 2010-cu il
  • 8-ci SŞİE 2009, San-Fransisko, Kaliforniya, ABŞ, 13–16 aprel, 2009-cu il
  • 7-ci SŞİE 2008, (Vaşinqton U.) Sent-Luis, Missuri, ABŞ, 22–24 aprel, 2008-ci il
  • 6-cı SŞİE 2007, (MIT) Kembric, Massaçusets, ABŞ, 25–27 aprel, 2007-ci il
  • 5-ci SŞİE 2006, (Vanderbilt) Neşvill, Tennessi, ABŞ, 19–21 aprel, 2006-cı il
  • 4-cü SŞİE 2005, (UCLA) Los-Anceles, Kaliforniya, ABŞ, 25–27 aprel, 2005-ci il
  • 3-cü SŞİE 2004, (UC Berkli) Berkli, Kaliforniya, ABŞ, 26–27 aprel, 2004-cü il
  • 2-ci SŞİE 2003, (Xerox PARC) Palo-Alto, Kaliforniya, ABŞ, 22–23 aprel, 2003-cü il
  • CSP Vorkşopu 2001, (Xerox PARC) Palo-Alto, Kaliforniya

Simsiz sensor şəbəkələri üzrə akademik konfransların rəsmi reytinqi olmasa da, Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans tədqiqatçılar tərəfindən sensor şəbəkə tədqiqatına yönəlmiş ən nüfuzlu iki konfransdan biri kimi geniş qəbul edilir. "SenSys" daha çox sistem məsələlərinə, SŞİE isə alqoritmik və nəzəri mülahizələrə diqqət yetirir. 2006-cı il üçün qəbul nisbəti şifahi təqdimatlar üçün 15,2%, ümumi olaraq isə 25% təşkil etmişdi.

Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans 2001-ci ildə "Xerox" Palo-Alto Tədqiqat Mərkəzində seminar kimi fəaliyyətə başlamış və ilkin olaraq Müştərək Siqnalların Emalı Vorkşopu (CSP Vorkşop) adlanmışdır. İlk tədbirin uğurundan sonra 2003-cü ildə seminar öz diqqətini daha çox sensor şəbəkələrinə yönəltmiş və Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Vorkşop (SŞİE) adlandırılmışdır. Tədbir 2003-cü ildən etibarən SŞİE akronimini saxlamış, lakin tam adı Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Simpoziumdan (2003–2004) Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfransa (2005–2007) dəyişdirilmişdir.

2005-ci ildə Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans öz tədbirinə Sensor Platformaları, Alətləri və Dizayn Metodları (ing. Sensor Platforms, Tools and Design Methods, SPOTS) üzrə ayrıca trek təqdim etmişdir. SŞİE trekinin diqqəti daha çox informasiya emalı alqoritmlərinə, SPOTS treki isə platforma alətlərinə və şəbəkəyə daxil edilmiş sensorlar üçün dizayn metodlarına yönəlmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]