Simsiz sensor şəbəkəsi (SSŞ; ing.Wireless sensor network) — ətraf mühitin fiziki şərtlərini izləyən və qeyd edən, toplanmış məlumatları mərkəzi yerə ötürən məkana görə səpələnmiş və özəl sensorlardan ibarət şəbəkələr. Simsiz sensor şəbəkələri temperatur, səs, çirklənmə səviyyələri, rütubət və külək kimi ətraf mühit şəraitini ölçə bilər.[1]
Bunlar simsiz "ad hoc" şəbəkələrə o mənada bənzəyir ki, onlar simsiz əlaqəyə və şəbəkələrin kortəbii formalaşmasına əsaslanır, nəticədə sensor verilənləri simsiz şəkildə nəql edilir. Simsiz sensor şəbəkələri temperatur, səs və təzyiq kimi fiziki şərtləri izləyir. Müasir şəbəkələr iki istiqamətlidir, həm verilənləri toplayır,[2] həm də sensor fəaliyyətinə nəzarət etməyə imkan verir.[3] Bu şəbəkələrin inkişafı döyüş sahəsinə nəzarət kimi hərbi tətbiqlərdən irəli gəlirdi.[4] Belə şəbəkələr sənaye proseslərinin monitorinqi və nəzarəti, maşın sağlamlığının monitorinqi və kənd təsərrüfatı kimi sənaye və istehlakçı tətbiqlərində istifadə olunur.[5]
Kompüter elmləri və telekommunikasiya sahəsində simsiz sensor şəbəkələri bir çox seminar və konfransları, o cümlədən Daxili Şəbəkə Sensorları üzrə Beynəlxalq Vorkşop (EmNetS), IPSN, SenSys, MobiCom və EWSN kimi beynəlxalq seminarları dəstəkləyən fəal tədqiqat sahəsidir. 2010-cu ilə qədər simsiz sensor şəbəkələri dünya üzrə təxminən 120 milyon ədəd məsafəli qurğu yerləşdirmişdir.[6]
İndiki dövrdə simsiz sensorlar mühitində mürəkkəb davranışın simulyasiyasına imkan verən yeganə paradiqma agent əsaslı modelləşdirmə və simulyasiyadır. Agent əsaslı modelləşdirmə əvvəlcə sosial simulyasiyaya əsaslanırdı. "Opnet", "Tetcos NetSim" və "NS" kimi şəbəkə simulyatorları simsiz sensor şəbəkəsini simulyasiya etmək üçün istifadə edilə bilər.[7]
Amir Hozhabri; Mohammadreza Eslaminejad; Mitra Mahrouyan, Chain-based Gateway nodes routing for energy efficiency in WSN
Kiran Maraiya, Kamal Kant, Nitin Gupta "Wireless Sensor Network: A Review on Data Aggregation" International Journal of Scientific & Engineering Research Volume 2 Issue 4, April 2011.