Serbiya Milli Bankı

Serbiya Milli Bankı (serb. Народна банка Србије / Narodna banka Srbije) və ya qısaca NBS (serb. НБС) — Serbiya Respublikasının mərkəzi bankı. Əsas mərkəzi Belqrad şəhərində yerləşir. Rəhbəri Yorqovanka Tabakoviçdir. Serb dinarının banknotmetal pullarının yeganə istehsalçısıdır[2]. Hökumətin pulkredit siyasətindən məsuldur.

Serbiya Milli Bankı
Əsas mərkəzi
Yerləşməsi
Ölkə
Ünvan Nemanyina 17, Belqrad
Serbiya Serbiya
Ümumi məlumatlar
Yaranma tarixi 2 iyul 1884
Ehtiyatları 15.38 milyard ABŞ dolları
Valyuta Serb dinarı
Digər məlumatlar
Saytı nbs.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serbiyadakı bütün banklardan üstündür. Serbiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Serbiyanı beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.

Kralya Petra 12 ünvanında olmuş eçmiş mərkəzi

Serbiya Milli Bankının əsası 2 iyul 1884-cü ildə qoyulmuşdur.

Birinci dünya müharibəsindən sonra, ölkənin genişlənməsi və Yuqoslaviyanın yaradılması nəticəsində bankda da bir sıra dəyişikliklər baş verdi. Bank serb pul vahidinə bir də 2003-cü ildə döndü; hansı ki, həmin vaxt artıq Yuqoslaviya yox idi.

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Yaradıldığı zaman bu qurumun adı Serbiya Krallığının Milli Bankı olsa da, sonradan bir neçə dəfə adı dəyişdirilmişdir. Hazırkı adını 19 iyul 2003-cü ildən daşıyır. Bankın adlandırılmasının xronologiyası aşağıdakı kimidir:

  • Serbiya Krallığının Milli Bankı (2 iyul 1884 - 20 yanvar 1920)
  • Serb, Xorvat və Sloven Krallığının Milli Bankı (20 yanvar 1920 - 3 oktyabr 1929)
  • Yuqoslaviya Krallığının Milli Bankı (3 oktyabr 1929 - sentyabr 1946)
  • Yuqoslaviya Milli Bankı (sentyabr 1946 - 19 iyul 2003)
  • Serbiya Milli Bankı (19 iyul 2003-cü ildən)
İlk rəhbəri Aleksa Spasiç

Bank 1884-cü ildə yaradılarkən, onun ilk rəhbəri Aleksa Spasiç olmuşdur.

2003-cü ildə yenidən təşkilindən bəri Serbiya Milli Bankının rəhbərləri aşağıdakılar olmuşdur:

  1. 1 2 Global LEI index.
  2. About the NBS Arxivləşdirilib 2019-10-06 at the Wayback Machine. nbs.rs  (ing.)
  3. Biografija Arxivləşdirilib 2011-09-08 at the Wayback Machine mladjandinkic.com
  4. "Serbia seeks new top banker". BBC News. 21 July 2003. 14 March 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2011.
  5. ""National Bank of Serbia - Official website"". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  6. "Serbia: Jorgovanka Tabakovic new National Bank governor". Ansa. 9 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 August 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]