Serbiya (serb. Србија / Srbija) ya da rəsmi adı ilə Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır.
Serbiya | |||||
---|---|---|---|---|---|
Република Србија / Republika Srbija | |||||
| |||||
Само слога Србина спасава / Samo sloga Srbina spasava (Serbləri yalnız birlik qurtarır) |
|||||
Himn: Боже правде / Bože pravde |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Belqrad | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Serbiya prezidenti | Aleksandr Vuçiç [31.V.2017~ ] | ||||
Baş nazir | Miloš Vučević [2.V.2024~ ] | ||||
Sahəsi | Dünyada 111-ci | ||||
• Ümumi | 77474 km² | ||||
Əhalisi | |||||
• Əhali | 7 920 min[1] nəfər (93-cü) | ||||
• Siyahıyaalma (2011) | 7 186 862[3] nəf. | ||||
• Sıxlıq | 102 nəf./km² | ||||
• Ümumi | 63.082.021.206 $[5], 63.501.748.652 $[5] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 95,5 milyard dollar (85-ci) | ||||
• Adambaşına | 13 300 dollar (116-cı) | ||||
İİİ (2013) | 0.769 | ||||
Valyuta | Serb dinarı | ||||
İnternet domeni | .rs, .срб | ||||
ISO kodu | RS | ||||
BOK kodu | SRB | ||||
Telefon kodu | +381 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][6] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü. XIX əsrin əvvəlində baş vermiş Serbiya İnqilabı nəticəsində Serbiya konstitusiyalı monarxiyaya sahib müstəqil dövlətə çevrildi və Balkan yarımadasında feodalizmi qadağan edən ilk dövlət oldu. Birinci dünya müharibəsində çox ağır itkilər verdikdən sonra Serbiya Voyvodina və Xorvatiya ilə birləşərək cənub slavyanlarının birliyi olan Yuqoslaviyanı qurur. Yuqoslaviya Monteneqronun 2006-cı ildə ondan ayrılmasına qədər müxtəlif formalarda mövcud olur. 2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edir. Müasir dövrdə Serbiya hərbi olaraq bitərəf ölkədir, Avropa Birliyinə qəbul olmaq üçün danışıqlar aparır.
Serbiyanın ərazisi 88.361 kvadrat km-dir (Kosova daxil olmaqla) və bu göstəriciyə görə dünyada 113-cü yeri tutur. Sərhədlərinin ümumi uzunluğu 2027 kilometrdir (115 km Albaniya ilə, 302 km Bosniya və Herseqovina, 318 km Bolqarıstan, 241 km Xorvatiya, 151 km Macarıstan, 221 km Makedoniya Respublikası, 203 km Monteneqro və 476 km Rumıniya ilə). Serbiyanın şimal hissəsi Palloniya düzənliyindən ibarətdir. Ölkənin cənub hissəsi isə dağlıq ərazilərdir.
2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 7.498.001 nəfərdir.[7] 2011-ci il siyahıya almanın nəticələrinə görə Serbiyanın əhalisi (Kosovanı çıxmaqla) 7.186.862 nəfər olub. Serbiya 1990-cı illərin əvvəlindən başlayaraq kəskin demoqrafik böhran keçirir. Ölüm səviyyəsi doğumu üstələyir. Serbiya dünyada əhalisi ən sürətlə azalan 8-ci ölkədir. Serbiya həmçinin əhalisinin orta yaşı 42,2 olmaqla dünyanın 10 ən yaşlı ölkəsi sırasındadır. 1990-cı illərdə Serbiya Avropada ən çox qaçqına sahib olan ölkə idi. Yuqoslaviya müharibələri nəticəsində bura 1 milyona yaxın qaçqən gəlmişdi, onların çoxusu Xorvatiyadan, az bir hissəsi isə Bosniya və Herseqovinadan qovulmuşdular. Bundan başqa həmin illərdə Serbiyanı 300.000 insan tərk elədi, onların 80%-i ali təhsilə sahib idi.
Serbiya iqtisadiyyatının strukturunda kənd təsərrüfatı 11,2 faiz, sənaye 18,7 faiz, xidmət sahəsi 70 faiz (2011).
İl | ÜDM, milyard ABŞ dolları | Əhalinin hər nəfərinə ÜDM, ABŞ dolları | Dünya ÜDM-də payı, % | ÜDM-nin artım templəri, % |
---|---|---|---|---|
2000 | 8.7 | 858 | 0.27 | 79.1 |
2001 | 11 | 1092 | 0.34 | 126.4 |
2002 | 15 | 1498 | 0.45 | 136.4 |
2003 | 20 | 2010 | 0.53 | 133.3 |
2004 | 24 | 2425 | 0.57 | 120 |
2005 | 25 | 2537 | 0.55 | 104.2 |
2006 | 29 | 2948 | 0.58 | 115 |
2007 | 39 | 3966 | 0.70 | 134.5 |
2008 | 48 | 4878 | 0.78 | 123.1 |
2009 | 40 | 4061 | 0.69 | 83.3 |
2010 | 38 | 3856 | 0.60 | 95 |
2011 | 41 | 5571 | 0.58 | 107.9 |