Serbofobiya

Serbiyanın 1913-cü ildə Albaniyanı işğal etməsini əks etdirən karikatura. Burada Serbiya ilan şəklində təsvir edilmişdir. Başlıqda qeyd edilir: "Məndən uzaqlaşın, vəhşi qaniçənlər!"

Serbofobiya (serb. Србофобија) — Serbiyaya, serblərə, serb dilinə və ya Serb Pravoslav Kilsəsinə qarşı nifrət və ya düşmənçilik hisslərini tərif etmək üçün istifadə edilən ümumi sosial-siyasi termin. Bu fenomen tarixən serb xalqının və sosial qrupunun təqib edilməsinə, təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Serbofobiya termini indiki dövrdə bütün xalqla əlaqəli olaraq serblərə tarixi nifrətin tərifi kimi qəbul edilir, serblərə bağlı hər şeyin, xüsusilə də serb dövlətçiliyinin rəddi və onlara nifrət hissi ifadə edir. Digər tərəfdən, Serb Respublikasının Bosniya və Herseqovina daxilində ayrıca bir muxtar serb bölgəsi olaraq rədd edilməsi də buna aiddir.

Bu fikrin ən parlaq nümayəndəsi XIX–XX əsrlərdə mövcud olan Xorvatiya Hüquqlar Partiyası idi. Bu partiyanın ən ifrat elementləri İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya krallığında hakimiyyətə gələn və serblər, yəhudilər, qaraçılardissidentləri hədəf alan irqi qanunlar qəbul edən ustaşlar xorvat faşist təşkilatı olmuşdur. Bu, serblərin və Müstəqil Xorvatiya Dövlətində (1941–1945) yaşayan digər azlıq qruplarının üzvlərinin soyqırımı ilə nəticələnmişdir.

Osmanlı imperiyasında

[redaktə | mənbəni redaktə et]
Kosovo

Serbofobiya 1877–1897-ci illər arasında baş verən Osmanlı–Serb və Osmanlı–Yunan müharibələri nəticəsində Kosovo vilayətində böyüyür. 1878-ci ildə baş tutan Vranye döyüşü ilə minlərlə alban əsilli Osmanlı qoşunu və albaniyalı mülkilər Osmanlının Kosovo vilayətinin şərq hissəsinə qaçmalı oldular.[1] Mühacir olaraq bilinən bu məcburi köçkünlər qaçdıqları bölgələrdə serblərə qarşı böyük düşmənçilik hissi bəsləyirdilər.[2] Bu düşmənçilik serbofobiyanı gücləndirir və nəticədə albanlar PriştinaBuyanovaç bölgələri də daxil olmaqla bütün vilayətdə serb mülkilərinə qarşı qətl, talan və təcavüz kimi genişmiqyaslı vəhşiliklər törədir.

Serblərə qarşı törədilən vəhşiliklər 1901-ci ildə də pik nöqtəyə çatır. Buna səbəb 1897-ci il Osmanlı–Yunan müharibəsindən sonra bölgənin osmanlılara geri verilməyən silahlarla dolu olması idi. Albanlar qırğınlar, təcavüzlər, talanlar və deportasiya da daxil olmaqla Priştina və Şimali Kosovo bölgələrində çoxsaylı vəhşiliklər törədirlər.[3] Müxtəlif mənbələrə görə, albanlar o dövrdə homogen bir ərazi yaratmağa çalışdıqları üçün xristian serblərə etnik təmizlənmə təşkil edirdilər.

Makedoniya

Serblərə Qarşı Cəmiyyət 1897-ci ildə Osmanlı imperiyasının Saloniki şəhərində qurulmuş bolqar milliyətçi təşkilatı idi. Təşkilatın fəalları həm Daxili Makedoniya İnqilab Təşkilatının, həm də Ali Makedoniya-Ədirnə Komitəsinin üzvləri idilər. Onlar 1902-ci ilə qədər ən azı 43 nəfəri öldürmüş və 52 nəfəri yaralamışdılar. Qurbanların arasında serbdilli məktəblərin sahibləri, müəllimlər, serb pravoslav ruhaniləri və Osmanlı imperiyasında yaşayan digər tanınmış serblər var idi.[4] Bolqarlar Makedoniyada serb mənşəli olmayan, lakin serblərlə eyni müqəddəratı təyin edənlər üçün "serbmənlər" ifadəsini istifadə edirdilər.

  1. Bataković, Dušan. The Kosovo Chronicles. Plato. 1992. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
  2. Frantz, Eva Anne. "Violence and its Impact on Loyalty and Identity Formation in Late Ottoman Kosovo: Muslims and Christians in a Period of Reform and Transformation". Journal of Muslim Minority Affairs. 29 (4). 2009: 460–461. doi:10.1080/13602000903411366.
  3. Iain King; Whit Mason. Peace at Any Price: How the World Failed Kosovo. Cornell University Press. 2006. səh. 30. ISBN 0-8014-4539-6. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
  4. Hadži Vasiljević, Jovan. Četnička akcija u Staroj Srbiji i Maćedoniji. 1928. səh. 14.
Kitablar
Jurnallar
Məqalələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]