Ustaşlar (xorv. Ustaše — üsyançı, qiyamçı[1]) — 1929–1945-ci illər arasında bir təşkilat kimi fəaliyyət göstərən, rəsmi olaraq Ustaş – Xorvat İnqilabi Hərəkatı (xorv. Ustaša – Hrvatski revolucionarni pokret) kimi tanınan xorvat faşist, ultranasionalist, etnonasionalist, klerikal təşkilat. Onun üzvləri 1934-cü ildə Yuqoslaviya kralı I Aleksandrın öldürülməsinə köməklik göstərmiş və Müstəqil Xorvatiya dövlətində holokost törədərək yüz minlərlə serb, yəhudi, qaraçı, həmçinin Bosniyalı müsəlmanları və Yuqoslaviyada İkinci Dünya müharibəsi zamanı xorvat siyasi dissidentlərini qətlə yetirmişdilər.[2][3][4]
Ustaşlar | |
---|---|
Yaranma tarixi | 7 yanvar 1929 |
Ləğvolma tarixi | 8 may 1945 |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Ante Paveliç |
Vikianbarda əlaqəli mediafayllar |
Hərəkatın ideologiyası faşizm, Roma katolikliyi və Xorvat ultramillətçiliyinin qarışığı idi. Ustaşlar Drina çayını əhatə edən və Belqrad sərhəddinə qədər uzanan Böyük Xorvatiyanın yaradılmasını dəstəkləyirdilər.[5] Hərəkat irqi cəhətdən "təmiz" Xorvatiyanı müdafiə etmiş və nasist irqi nəzəriyyəsi, antifaşist və ya dissident xorvatlar və boşnakların təqibi yolu ilə ustaşlar anti-serb əhval-ruhiyyəsinə görə serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırımı təbliğ etmişdilər. Ustaşlar bosniyalılara " müsəlman xorvatlar " kimi baxırdı və nəticədə bosniyalılar irqinə görə təqib olunmurdular.[6] Ustaşlar xorvatların dini kimi Roma katolikliyini və İslamı müdafiə etmiş və serblərin əsas dini olan pravoslav xristianlığının əleyhinə olmuşdular. Roma katolikliyi Xorvat millətçiliyi ilə eyniləşdirilmiş[7], Bosniya və Herseqovinada böyük izləyicisi olan İslam isə ustaşlar tərəfindən "Xorvatların qanını doğru tutan" din kimi təriflənmişdi.[8]
Ustaş müstəqil Xorvatiya dövləti yaratmağa çalışan millətçi bir təşkilat kimi yaradılmışdır. İkinci Dünya müharibəsindən əvvəl terror təşkilatı kimi fəaliyyət göstərib. 1941-ci ilin aprelində ustaşlar Faşist İtaliyası və Nasist Almaniyası tərəfindən qurulan kvazi-protektorat kukla dövlət olan Müstəqil Xorvatiya dövləti kimi Ox dövlətləri tərəfindən işğal edilmiş Yuqoslaviyanın bir hissəsini idarə etmək üçün təyin olunduqda hakimiyyətə gəlmişdilər[9][10][11]
Ustaş rejimi hərbi cəhətdən zəif idi və xorvatlar arasında ümumi dəstəyə malik deyildi, əhali arasında əhəmiyyətli dəstək əldə etmək üçün mübarizə aparırdı. Buna görə də terror onların "etnik cəhətdən fərqli olan" əhalini idarə etmək vasitəsi idi.[12][13] Ustaş rejimi əvvəlcə dünya müharibələri arası dövrdə serblərin rəhbərlik etdiyi Yuqoslaviya tərəfindən sıxışdırılmış hiss edən xorvat əhalisinin bəzi hissələri tərəfindən dəstəklənirdi, lakin onların qəddar siyasəti bir çox adi xorvatı tez bir zamanda özgələşdirdi və nəticədə onların əldə etdikləri dəstəyi itirdi.[14]
Almaniyanın təslim olması, Avropada İkinci Dünya müharibəsinin başa çatması və 1945-ci ildə sosialist Yuqoslaviyasının qurulması ilə ustaş hərəkatı və onların dövləti tamamilə dağıldı. Sonradan ölkədən qaçan ustaş milislərinin və Xorvat Daxili Mühafizəsinin bir çox üzvü müharibə əsirləri kimi götürüldü və Bleiburq repatriasiyası zamanı deportasiyalara və edamlara məruz qaldı.
No one really knows how many died here. Serbs talk of 700,000. Most estimates put the figure nearer 100,000.