Serco Briqenti (italyanca: [ˈsɛrdʒo briˈɡɛnti] ; 23 sentyabr 1932[1], Modena, Emiliya-Romanya – 10 oktyabr 2022[2]) — Keçmiş italyan futbolçu və məşqçi. Peşəkar oyunçu kimi Briqenti məşqçilik karyerasına başlamazdan əvvəl həm klubda, həm də beynəlxalq səviyyədə hücumçu kimi çıxış edib.
Serco Briqenti | |
---|---|
it. Sergio Brighenti | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1932[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 oktyabr 2022[2] (90 yaşında) |
Vətəndaşlığı | |
Boyu | 173 sm |
Çəkisi | 73 kq |
Mövqeyi | hücumçu |
Serco Briqenti 23 sentyabr 1932-ci ildə Modenada anadan olub. Onun böyük qardaşı Renato Briqentidə futbolçu idi.[3]
Briqenti 10 oktyabr 2022-ci ildə 90 yaşında vəfat edib.[4]
1949-cu ildə peşəkar debüt edən Briqenti "Modena", "İnter", "Triestina", "Padova", "Sampdoriya" və "Torino" klublarında oynayıb.
1953 və 1954-cü illərdə "İnter"lə ardıcıl iki A Seriyası çempionluğunu qazanıb.
Briqenti karyerası ərzində keçirdiyi 363 oyunda cəmi 155 qol vurub.
O, həm də karyerası boyunca bir dəfə, 1960–61 mövsümündə 27 qol vuraraq, A Seriyasının bombardiri olub.[3][5][6]
Briqenti həmçinin 1959–1961-ci illər arasında İtaliya millisində 9 oyun keçirib, iki qol vurub.[3]
Briqenti 1965-ci ildə futbolçu karyerasını başa vurur və ilk futbol məşqçiliyinə 1968-ci ildə "Varese" klubu ilə başlayır. Briqenti iki dəfə "Varese"də məşqçi olub, həmçinin "Seregno" və "Lecco" klublarındada məşqçilik edib.[3]
İnter Milan[3]