Sergey Xıdırnəbi oğlu Əhmədov (1941, Borçalı, Darvaz kəndi — 1981, Moskva) – Moskva Dövlət Universitetinin və Varşava Dövlət Universitetinin professoru.
Sergey Əhmədov | |
---|---|
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Vəfat yeri |
Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalının Darvaz kəndində anadan olmuşdur. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Ali məktəbdə təhsil aldığı dövrdə həmçinin Kəpənəkçi kəndində və Bolnisi şəhər rus orta məktəbində rus dili və ədəbiyyatı fənnindən dərs demişdir.
1965-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1974-cü ildə fəlsəfə elmləri namizədi, 1980-ci ildə fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür.
Sergey Əhmədov uzun müddət M. V. Lomonosov adına Moskva Dövlət Univesitetində rus, türk, ingilis, polyak dillərində fəlsəfə elmindən dərs demişdir. Həmçinin müxtəlif dövrlərdə Varşava Dövlət Universitetində rus, türk, gürcü, ingilis dillərində mühazirələr oxumuşdur.
Moskva Dövlət Univesitetin fəlsəfə fakültəsinin partiya təşkilatının katibi olmuşdur. Çoxsaylı elmi əsərlərin müəllifidir.
1981-ci ildə qəflətən Moskva şəhərində vəfat etmişdir. Darvaz kəndində dəfn olunmuşdur.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |