Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Voronej – 11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.
Sergey Brızqalin | |
---|---|
rus. Сергей Николаевич Брызгалин | |
16 iyul 1970 – 29 iyul 1975 | |
Əvvəlki | Hacıməmməd Abdullayev |
Sonrakı | İnqilab Şəmiyev[a] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 11 aprel 1977 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur.[1] Orta ixtisas təhsilli olmuşdur.[2] 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir.[1]
1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur.[2] 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir.[3]
Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[1]
Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[3][4]
Sergey Brızqalin 1977-ci il aprelin 11-də vəfat etmişdir. Moskvadakı Vaqankovo qəbiristanlığında dəfn olunmuşdur.[1]