İnqilab Şəmiyev

İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi.

İnqilab Şəmiyev
bayraq
Azərbaycan SSR tədarük naziri
bayraq2
25 mart 1981 – 14 noyabr 1985
ƏvvəlkiTelman Orucov
SonrakıRəhim Cəmilov
(taxıl məhsulları naziri kimi)
12 noyabr 1969 – 1 avqust 1975
Əvvəlkinazirlik yaradılıb
SonrakıSoltan Əzizov
bayraq
Azərbaycan SSR Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin sədri
bayraq2
1 avqust 1975 – 25 mart 1981
ƏvvəlkiSergey Brızqalin
(Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi kimi)
SonrakıTelman Orucov
(meyvə-tərəvəz təsərrüfatı naziri kimi)
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Taxıl Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədri
bayraq2
4 iyul 1968 – 12 noyabr 1969
Komitə Azərbaycan SSR Tədarük Nazirliyinə çevrilmişdir
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Baş Taxıl Məhsulları İdarəsinin rəisi
bayraq2
16 may 1967 – 4 iyul 1968
İdarə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Taxıl Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinə çevrilmişdir
Şəxsi məlumatlar
Doğum tarixi 1934
Doğum yeri
Vəfat tarixi 1997

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
XTNS qızıl medalı XTNS gümüş medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur.

  • 1956-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1956-ci ildə Elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlayıb
  • 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir.
  • 1997-ci ildə vəfat edib.
  • 2 övladı, 4 nəvəsi var.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini;
  • 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ;
  • 1985–1990-ci illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi;
  • 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi;
  • 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi, Kənd Təsərrüfatı nazırının müavini;
  • 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı;

Dövlət mükafatları[redaktə | mənbəni redaktə et]

"Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Oktyabr İnqilabı" ordeni və Ali Sovetin Fəxri Fərmanı, bir sıra medallara, o cümlədən Ümumiittifaq Xalq Təsərrüfatının Naliyyətləri Sərgisi (ÜXTNS)-nin qızıl və gümüş medalları ilə təltif olunmüşdur.