Sergey Kirovun heykəli

Sergey Kirovun heykəli — 1939-cu ildə Sergey Kirovun şərəfinə inşa edilmiş heykəl. 20 Yanvar hadisəsindən sonra 5 yanvar 1991-ci ildə sökülüb.[1]

Sergey Kirovun heykəli
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Dağüstü Park
Memarlar Pinxos Sabsay
Lev İlin
Tikilib 1939
Sökülüb 5 yanvar 1991
Həsr olunub Sergey Kirov
Material tunc

Heykəl 1939-cu ildə, məşhur memar Pinxos Sabsay və Lev İlin tərəfindən hazırlanmışdır. 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdikdən sonra, əhali Şəhidlər Xiyabanı ilə eyni ərazini bölüşən heykəli istəmirdilər. Ona görə də Azərbaycan rəhbərliyi, Kommunist Partiyasının 1-ci katibi Ayaz Mütəllibov və hakim sovet elitası heykəlin götürülməsi ilə bağlı qərar verirlər. Ancaq Moskvanı qəzəbləndirməmək üçün hansısa bir ciddi səbəb göstərmək lazım idi. Bunun üçün heykəlin yerləşdiyi relyefdən istifadə etmək qərara alınır. Rəsmi açıqlama yayılır və orada elan olunur ki, Bayıl yamacında başlanan sürüşmə heykəlin yıxılması üçün ciddi təhlükə yaradıb. Fəsadları aradan qaldırmaq üçün heykəlin sökülməsi vacibdir. Bundan sonra xüsusi texnika ilə heykəl sökülür, hissələrə bölünərək maşınlara yüklənir və Dağüstü Parkdan bidəfəlik aparılır. Onun hara aparıldığı indiyə qədər məlum deyil.[2]

Kirovun heykəlinin sökülməsi ilə bağlı rejissor Nizami Abbas sənədli film çəkib. Həmin filmdə 1937-ci ildə heykəlin fundamentinin qoyulması prosesi əks edilib. Mircəfər Bağırovun iştirakı ilə aparılan bu prosesdə postamentin altına dairəvi qutu qoyulur. Həmin yerin üzərinə "Kirovun heykəlinin sənədləri" yazılıb. Bunun üzərində isə heykəl ucaldılıb.

  1. ""Dağüstü Park"ın simvolunun yıxılması". Sputnik.az (az.). 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.
  2. "Bakını "salamlayan" Kirovun heykəli 29 il əvvəl necə götürülüb?". pia.az (az.). 1 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.