Sergey Rubinşteyn

Sergey Leonidoviç Rubinşteyn (18 (30) iyun 1889[1], 6 (18) iyun 1889[2] və ya 18 iyun 1889[2], Odessa, Xerson quberniyası[3]11 yanvar 1960[3][1][…] və ya 11 noyabr 1960[4], Moskva, RSFSR, SSRİ[3]) — rus psixoloqu.

Sergey Rubinşteyn
Doğum tarixi 18 (30) iyun 1889[1], 6 (18) iyun 1889[2] və ya 18 iyun 1889(1889-06-18)[2]
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1960(1960-01-11)[3][1][…] (70 yaşında) və ya 11 noyabr 1960(1960-11-11)[4] (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi psixologiya
Elmi dərəcəsi
Elmi adları
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı

İnsanın fəlsəfi-psixoloji konsepsiyasını yaratmışdır. Rubinşteynə görə, xarici təsir daxili şəraitdən keçərək təsir göstərir. O, bu ideyalarını inkişaf etdirərək 1940-cı ildə nəşr etdirdiyi "Ümumi psixologiyanın əsasları" adlı əsərində ümumiləşdirir.

1942-ci ildə bu əsərə görə Rubinşteyn II dərəcəli Stalin mükafatına layiq görülür. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilir.

1947-ci ildə o, kosmopolitizmdə Sovet elmini düzgün qiymətləndirməməkdə təqsirləndirilir. 1949-cu ildə bütün vəzifələrdən azad edilir. 40-cı illərdə kəskin şəkildə Rubinşteynə qarşı çıxan A. N. Leontyev 1977-ci ildə onun mövqeyini düzgün hesab edir.

Rubinşteyn şüur və fəaliyyətin vəhdəti ideyasını irəli sürür və əsaslandırırdı. Göstərirdi ki, şüur insanın obyektiv aləmlə əlaqəsini yaradır. Bu əlaqələr fəaliyyət vasitəsilə reallaşır.

  • Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
  3. 1 2 3 4 5 6 Рубинштейн Сергей Леонидович (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 Сотрудники Российской национальной библиотеки (rus.).