"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi.
Mən Kubayam | |
---|---|
rus. Я — Куба isp. Soy Cuba | |
Janr | dram |
Rejissor | Mixail Kalatozov |
Ssenari müəllifləri |
Yevgeni Yevtuşenko Enrike Pineda Barnet |
Baş rollarda |
Serxio Korriyeri Salvador Vud |
Operator | Sergey Urusevski |
Bəstəkar | Karlos Farinyas |
Rəssam | Yevgeni Svidetelev |
İstehsalçılar |
Mosfilm İKAİK |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1964, 26 oktyabr 1964[1], 2 noyabr 1964[1], 8 mart 1995[1] |
Filmin növü | bədii film |
Müddət | 143 dəqiqə |
Gəlir | 168 100 $ |
Ölkələr |
SSRİ Kuba |
Dillər |
rus dili ispan dili |
İl | 1964 |
Bölüm sayı | 2 |
Texniki məlumatlar | 3906 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Kuba |
IMDb | ID0058604 |
Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır.
Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır.
Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Havana Universitetinin tələbələri Syerra-Maestra dağlarındakı Fidel Kastronun partizan dəstələri haqqında həqiqi məlumatlar çap edirlər. Bu dağlar Kubanın cənub-şərqində yerləşir. Polis universitetin ərazisinə keçir, nümayişçiləri qovur və fəalları öldürür.
Kəndli Maryano əlinə silah alıb dağlara üz tutmaq istəmir. Lakin hava hücumundan və oğlunun ölümündən sonra ilk döyüşdəcə, tüfəng əldə edir və üsyançılara qoşulur.