Sesson Yubay (雪村 友梅?, 1290, Eçiqo əyaləti[d] – 22 yanvar 1347) – Yaponiya şairi və buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur.[1] Kokan Şiren ilə birlikdə erkən Qozan ədəbiyyatının iki önəmli şəxsiyyətindən biridir.[1]
Sesson Yubay | |
---|---|
yap. 雪村友梅 | |
Doğum tarixi | 1290 |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1347 |
Vətəndaşlığı | |
Fəaliyyəti | şair, bhikşu |
Vikianbarda əlaqəli mediafayllar |
Sesson Yubay 1290-cı ildə Yaponiyanın Eçiqo əyalətində doğulmuşdur.[1] Gənc oğlan olduğu dövrdə İssan İçineyin şagirdi olmuşdur.[1] 1307-ci ildə İssanın tövsiyəsi ilə Çinə getmişdir.[1] Yaponiyanı işğal etmək cəhdi uğursuzluqla nəticələnən Xubilay xanın qisasını almaq istəyən Çin imperatoru Kaysan Külük xan 1310-cu ildə onu həbs etmişdir.[1] Üç il sonra azadlığa çıxan Sesson növbəti 13 ilində Çinin ucqar bölgələrində sürgün həyatı yaşamışdır.[1] Sonda Yuan sarayının rəğbətini qazansa da, 1329-cu ilə qədər Yaponiyaya qayıtmaq icazəsi ala bilməmişdir.[1] 1330-cu ildə Şinano əyalətində yerləşən Ciun məbədinin qurucusu olmuşdur.[2] Bir neçə məbəddə işlədikdən sonra 1341-ci ildə Kiotoda yerləşən Mancu məbədinin, 1345-ci ildə isə Kennin məbədinin abbatı olmuşdur.[2] Akamatsu Norimura və oğlu Norisuke ondan Zen təlimi almışdırlar.[3]
Sesson tənhalığa üstünlük vermişdir.[1] Poeziyada da öz yolunu izləmiş, daha azad quşih formasını daha populyar luşi formasından üstün tutmuşdur.[1] Çində yaşayarkən yazdığı əsərlər "Minqaşu" adlı antologiyada toplanmışdır.[1] Bu kolleksiyaya 242 şeir daxildir.[4]