Sevard yarımadası

Sevard yarımadası (ing. Seward Peninsula) — Alyaskanın şərqində iri bir yarımada.

Sevard yarımadası
Yerləşməsi
66°05′00″ şm. e. 165°59′00″ q. u.HGYO
Akvatoriya Sakit okean, Şimal Buzlu okean
Ölkə  ABŞ
Sevard yarımadası xəritədə
Sevard yarımadası
Sevard yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımadanın uzunluğu 320 km, eni — 145-225 km təşkil edir. Şimal-şərqi inzibati cəhətdən Nortuest-Arkyik borosuna aiddir. Cənubdan Berinq dənizinin akvatoriyasına daxil olan Norton körfəzi, şimaldan isə Çukot dənizinin Kosebu körfəzi onun sahillərini yuyur. Qərb qutaracağında Şahzadə Uels burnu yerləşir. Burun Şimali Amerikanın ucqar qərb qutacağını təşkil edir. Şimali Amerika və Asiya materikini Berinq boğazı ayırır. Yarımada qədim Beringiya bərzəxinin bir hissəsini təşkil edir[1]. Yarımadanın ən hündür nöqtəsi Osborn dağıdır ki, onunda hundürlüyü 1437 metrdir.

Yarımada öz adını ABŞ dövlət katibi olmuş Vilyam Henri в честь Sevardın şərəfinə adlanfırılıb. O Alyaskanın alınmasında xüsusi xidmətlərə malikdir.

1898-ci ildə Nom yaxınlığında qızıl yatağı aşkarlandı. İnsanlar arasında «qızıl xəstəliyi» geniş yayılır. Bu dalğa sayəsində yeni nəhəng şəhər salınır (Konsul). Dəmiryolu inşa edilir. Bu dalğa uzun sürmür qızıl 2-3 il ərzində tükənir. Bir müddət sonra Konsul şəhəri ruhlar diyarına çevrilir. Dəmiryolları isə öz əhəmiyyətini itirmişdir[2].

Şahzadə Uels burnu ilə Rusiyanın Dejnyov burnu arasında məsafə 82 km təşkil edir. 2011-ci ildə Rusiya tərəfi boğazdan tunelinin tikintisinin mümkün olduğunu bildirdilər. Bu layihənin 30-35 milyard dollar xərçi olduğu bildirilir. Əgər bu layihə reallaşdırılsa uzunluğu 110 km olan dünyanın ən uzun tuneli ola bilər[3].

2015-ci ildə Espenberq (en:Cape Espenberg) adlı yerdə min yaşı olan brünc artefakt aşkarlanmışdır[4].

Uzun minilliklər ərzində yarımadada inupiatlar məskən olmuşlar. Yarımadada 2010-ci il məlumatına əsasən 7500 nəfər insan yaşayır. Ən iri yaşayış məntəqələri: Nom - 3598, Şişmarev - 563, Baklend - 416, Brevinq - 388, Koyak - 330, Elim - 330, Teller - 269, Vayt-Mautin - 203, Qolovin - 156, Ueyls - 145, Dirinq - 122.

Seçilmiş yerləri

[redaktə | mənbəni redaktə et]
Barinq-Lend-Birc milli parkı
  • Barinq-Lend-Birc milli parkı — 1978-ci ildə yaradılıb.
  • Devil-Maintin ( (ing.)) — dünyanın ən böyük Maar gölü.
  • Konsul ( (ing.)) — Tərk edilmiş şaxta şəhəri, hansı ki XIX əsrdə əhalisi 15,000 nəfər təşkil edirdi.
  1. Bering Land Bridge National Preserve Arxivləşdirilib 2012-10-19 at the Wayback Machine nps.gov saytı
  2. Компания Millrock будет вести поиски коренных месторождений золота на п-ве Сьюард, штат Аляска (США) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine на сайте mineral.ru, 28 aprel 2008
  3. «Transkontinental Asiya-Amerika magistral xətdi Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine sakha.gov.ru saytı, 19 avqust 2011
  4. "Evidence of Pre-Columbus Trade Found in Alaska House". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-03.