Sevda Süleymanova (tam adı: Sevda Yunis qızı Süleymanova) — tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini.[1]
Sevda Süleymanova | |
---|---|
Sevda Yunis qızı Süleymanova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | tarixçi, universitet müəllimi[d] |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Sevda Süleymanova 1954-cü il yanvarın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 199 saylı orta məktəbi bitirdikdən (1961-1971) sonra Azərbaycan Dövlət Universitetində (1971-1976) təhsil almışdır.
Sevda Süleymanovanın elmi fəaliyyəti kommunist partiyası və sovet totalitar rejimindən müstəqil Azərbaycana keçid zamanı tarixçi alimlərin qarşılaşdığı kəskin kontrastı əks etdirir. Belə ki, o, “Azərbaycan Kommunist Partiyasının ilk partiya təşkilatlarının rolunu artırmaq sahəsində fəaliyyəti (1976-1980-cı illər)”mövzusunda namizədlik disertasiyasını 1990-cı ildə müdafiə etmişdir. Burada Sevda xanım mümkün olduğu dərəcədə obyektiv olmağa çalışmışdır.Artıq müstəqil Azərbaycan şəraitində Sevda Süleymanova “Azərbaycanda ictimai-siyasi hərəkatın yaranması və inkişafı (XIX əsrin sonu ХХ əsrin əvvəli)”, mövzusunda doktorluq disertasiyasını 2003-ci ildə müdafiə etmişdir. Həmin ildə Bakıda “Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri” mövzusunda beynəlxalq Elmi Sessiyada “Bakının azad edilməsinə dair” məruzə ilə çıxış etmişdir. Yenə 2003-ci ildə “Vektor” beynəlxalq elmi mərkəzi tərəfindən “XXI əsrin tanınmış xanımı”, 2006-cı ildə isə “XXI əsrin Azərbaycan ziyalıları” beynəlxalq diplomları ilə təltif olunmuşdur. 2007-ci ildən Azərbaycan kütləvi informasiya işçilərinin həmkarlar ittifaqının “Qızıl qələm” fəxri media mükafatı laureatıdır. 17-21 iyun 2008-ci ildə “Qadınlar və İctimai sfera” mövzusunda beynəlxalq konfransda, 13-14 sentyabrda isə “Azərbaycan dövlətçilik ənənələrinin tarixi” mövzusunda Azərbaycan xalq Cumhuriyyətinin qurulması və bakının azad edilməsinin 90 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak etmişdir. XIX yüzilliyin sonu XX yüzilliyin əvvəlində Azərbaycanda ictimai-siyasi hərəkat sahəsində tədqiqat aparmışdır. 100 məqalə, 2 monoqrafiya, 6 kitabın müəllif və həmmüəllifdir. Bundan əlavə professor S.Sülüymanova bir çox tarixi və siyasi məsələlərə həsr olunmuş əsərlər, ümum təhsil və ali məktəblər üçün dərsliklər yazmışdır.