Sevdaliza

Sevda Alizadeh (1 sentyabr 1987, Tehran) — professional olaraq Sevdaliza kimi tanınan, İranlı-Holland musiqiçi, musiqi yazıçısı və musiqi prodüseridir. 2015-ci ildə o, 2 EP (ortalama bir albomdan daha qısa, 4-5 musiqidən ibarət olan qeydlərdir. Underground albomlar da EP sayıla bilər.) yayımlayır – The Suspended KidChildren of Silk. Musiqiləri adətən ingilis dilində olsa da, 2017-ci ilin əvvəlində ilk farsdilli musiqisi olan "Bebin"i İcra əmrinə (Executive Order 13769) etiraz olaraq yayımladı. Onun debüt albomu olan İSON, 26 aprel 2017-ci il tarixində öz səsyazma studiyasının etiketiylə - Twisted Elegance vasitəsi ilə buraxıldı.[1]

Sevdaliza
Sevda Alizadeh
Ümumi məlumatlar
Doğum adı Sevda Alizadeh
Ləqəbi Sevdaliza
Doğum tarixi (37 yaş)
Doğum yeri Tehran, Iran
Milliyyəti Rotterdam, Hollandiya
Musiqiçi məlumatları
Fəaliyyəti publisist, street vendor[d], müğənni-mahnı yazarı
Fəaliyyət illəri 2014 - günümüz
Janrlar elektronik, alternativ R&B, trip hop, eksperimental pop, avant-pop
Musiqi alətləri Vokallar, pianino
Albom şirkəti Twisted Elegance
sevdaliza.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Sevda Alizadeh 1 sentyabr 1987-ci ildə Tehranda dünyaya gəlib, o Azərbaycan, rus və fars əsillidir. 5 yaşında ailəsiylə birgə Hollandiyada yaşamağa başlayırlar. 16 yaşında, basketbol təqaüdü aldıqdan sonra evdən ayrıldı, nəhayətində Hollandiya basketbol komandasında oynadı. Universitetə daxil olur və "Biznes əlaqələri" sahəsində magistr dərəcəsini bitirir. Sevdaliza fars, holland, ingilis, fransız və portuqal dillərini səlis bilir.

2014 - indiyə qədər: The Suspended Kid, Children of Silk və ISON

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin mart ayında Sevdaliza musiqi videosu ilə birlikdə "Clear Air" mahnısını yayımladı. Daha sonra onun ardınca "Sirens of the Caspian" və "Backseat Love" yayımlanır. 2015-ci ilin yanvar ayında bir il yarımdan çox müddətdə işlədiyi "The Suspended Kid" adlı qısaldılmış qeydlər toplusu (EP) verilir. EP'nin başlığı, insanların sosial vəziyyətlərdə Sevdalizaya necə reaksiya verməsi ilə bağlıdır, o deyir: "Məni sosial vəziyyətlərdən kənarlaşdıran şeylərin olduğunun fərqinə vardım - məşqçi və ya müdirinizlə birlikdə yola gedə bilməmək ya da bunun kimi hər hansı bir şeylə qarşılaşmamaq üçün başqa bir yol seçmək məcburiyyətində qaldığımı başa düşdüm. Mən fərqli bir yol seçdim." "The Supended Kid" Sevdaliza və Rotterdam istehsalçısı, eyni zamanda tez-tez əməkdaşlıq edən Maki (Mucky) tərəfindən hazırlandı. Snetyabr ayında EP-də son qalan industrial-R&B üslubunda olan "That other girl" treki üçün musiqi videosu yayımlandı. İyun ayında ikinci "Children of Silk" adlı EP-də aparıcı sinql (single) rolunu oynayan "Marilyn Monroe" trekini buraxdı. Mahnı trip hop kimi xarakterizə edildi və 2016-cı ilin martında yayımlanan bir musiqi videosu təqdim olundu. "Children of Silk" noyabr ayında yayımlandı. Sevdaliza dəri, şüşə və ipək kimi teksturaları EP-nin əsas ilhamı olaraq göstərmişdir (video kliplərdə). May ayında Sevdaliza, "doğulmamış uşağını itirmək ağrısının evlilikdəki tarazlığı pozması və faciəyə səbəb olması" hekayəsindən bəhs edən "Formula" adlı qısa bir film buraxdı. Rejissor Emmanuel Adjei'nin qısametrajlı filmində Sevdalizanın üç mahnısı, "Formula", "The Language of Limbo" və "Mad Woman" sonrakı il oktyabr ayında sinql halında buraxıldı. Elə həmin ay "Time" adlı yeni bir sinql da çıxdı. Növbəti ayda "Human" adlı başqa sinql musiqi videosu ilə birlikdə yayımlanır. "Human", "Marilyn Monroe" və "The Language of Limbo" sonralar Sevdalizanın debüt studiya albomu ISON-a daxil ediləcək.

2017-ci ilin yanvar ayında Sevdaliza, 13769 saylı İcra əmrinə cavab olaraq ilk fars dilli "Bebin" mahnısını buraxdı. O, "qeyri-insani siyasi iqlimə etiraz olaraq imtiyaz içində dura bilmədim. Fars dilində 'Bebin'i yazdım, möhkəm olmaq üçün üçün. Mən sevgi ilə güclü qalıram. Bu vəziyyətdə mən ümumi mediadan yayınmağı seçirəm, çünki zərər çəkmiş bir konsepsiyada iştirak etmək üçün heç bir marağım yoxdur. Bu mesajı işıqlar, kamera, hərəkət olmadan al. Sevginin beynində irqçiliyə və xəyanətə yer yoxdur. " deyə qeyd edir. Fevral ayında qadınların müasir mədəniyyətdə dolduracaqları məhdud rolları nümayiş etdirən "Amandine Insensible" üçün bir musiqi videosu yayımlandı. Sevdaliza qeyd edir ki, "Amandine'nin hekayəsi 'sərhədlərin' yox olması səbəbiylə sürətlə dəyişən müasir bir dünyada 'şəxsiyyət' anlayışını araşdırır. Amandine, onun olmasını istədiyiniz hər şeydir. Universal olduğumuz dünyada bütün hisslər yoxa çıxdı. Paradoksal olaraq bu sizi narahat hiss etdirir. Onun həyatı gündəlik həyat dövrünün müxtəlif cəhətlərini təmsil edən minimal cisimlərdən ibarət sonsuz ağ məkanda baş verir." Apreldə onun debüt studiya albomu olan 'İSON'dan ikinci sinql "Hero" yayımlandı.

Musiqi üslubu və təsirləri

[redaktə | mənbəni redaktə et]

Sevdalizanın musiqi tərzi özündə elektron, alternativ R&B, trip hop, eksperimental pop, və avant-popu cəmləşdirir. Sevdalizanın sözlərinə görə "Səsim əsasən təmiz və xam kimi təsvir edilir. Mütləq bir janra deyil, bir prosesə və ya melankoli kimi müəyyən bir əhval-ruhiyyəyə yönəlmişəm. Maraqlısı budur ki, musiqim dinlədiyim bir musiqi janrında deyil musiqi deyil, bu da onu daha çox maraqlı edir. Bir dəfə çıxış etdim və şoudan sonra bir konservatoriya professoru dedi ki, həqiqətən köhnə fars müğənnilərindən ilham aldığımı duya bilirdi. Mən ondan soruşdum: "Vau, həqiqətən maraqlıdır. Bunu necə eşidirsən? " dedi ki, "Mən mahnı oxuyarkən müəyyən semitonlardan və mikronlardan istifadə edirəm. Amma həyatımda heç vaxt vokal dərsləri almamışam və həyatımda heç vaxt fars musiqisini dinləməmişəm!" Mənə maraqlıdır ki, bəzi şeylər sadəcə şüursuzca sizin başınıza gəlir. Bu sizin beyninizdir və şüursuz ya şüurlu olaraq hər şeyi qeydə alır və DNK ilə birlikdə sadəcə... bir şey olur."

Sevdalizanın musiqisi qadın birliyi, şəxsiyyət və analıq ideyalarından ilhamlanır.

2012-ci ildə "DelftsBlauw" mahnısının yayımlanmasından bəri, hər bir sinql'ın müşayiət etdiyi bir video var. Onun albomu ISON, vizual albomdur və 1 saat, 6 dəqiqə və 28 saniyəlik bir videoya sahibdir. Bənzər vizual albomlardan fərqli olaraq, film mücərrəddir və bir oturuşda baxılması nəzərdə tutulur, çünki "hərəkətli rəsm" kimi incə dəyişir. Musiqili videoları ilə ümumi hədəfi "eyni zamanda onu həssas və insandan daha çoxu etməkdir."

Human-ın video klipində Sevdaliza onu izləyənlərin qarşısında klassik detallı yarı tərk edilmiş böyük bir binada çıxış edən satirik və erotik rəqqas kimi görünür. Tamaşaçılar yalnız varlı təbəqədən ibarət, yeməklə təmin olunan və bu özəl və eksklüziv tamaşanı seyr edən kişilərdən ibarətdir. Əsasən Sevdalizanın yarı mifoloji xarakterinin sirli olması səbəbindən -hansı ki, heyvan yarışına hazırlıq kimi şumlanmış kir üzərində rəqs edir- bunun baş verdiyi zaman və məkan birmənalı deyil. Bundan əlavə, onun klipdəki geyimi Debra Paget-in 1959-cu illi 'Hind Türbəsi' filmini xatırladır. Tamaşaçılar tər tökür və qorxurmuş kimi sanki ehtiyatla baxırlar. Onun YouTube-dakı videosu, 'insanın izlənilməli olan əsas ehtiyacı bir zamanlar Tanrı tərəfindən təmin edildi' deyimi ilə müşayiət olunur. Portuqal dilində mahnının rəsmi bir təqdimatı var. "Human" üçün video rejissor Emmanuel Adjei tərəfindən hazırlanmışdır.

Amandine Insensible

[redaktə | mənbəni redaktə et]

Sevdaliza çağdaş cəmiyyətdə qadınların bir neçə arxetip fiqurunu ifa edir. Bu arxetiplər hamısı solo və su nişanları olan parlaq bir ağ fona qarşısında qoyulmuşdur və qadınlar üçün əlçatan məhdud rolları təmsil etmək üçün nəzərdə tutulmuşdur. Gündəlik həyatın ticarəti mövzusunda şərh olaraq, Sevdaliza musiqili videodan klipləri Shutterstock-a satdı. Sevdaliza deyir ki, “Məlumat və maddənin əlçatanlığı yeni universal dil yaratdı, burada ticarət markaları əsas rol oynayır.

ISON üçün hazırlanmış albom şəklində təzə parlaq qırmızı boya ilə örtülmüş kimi görünən bir maneken nüsxəsinin üstündən səliqəli və alt-üst olan Sevdaliza'nın hiper-real bir büstü var. Tərs duran saçlar parlaq qırmızı büstün çiyninə sarılır. Hər ikisi tərli və ya yaş görünür. Silikon heykəl, heykəltaraş Sarah Sitkin tərəfindən hazırlanmışdır. Sitkin deyir ki, "Bu ideya Sevdalizanın özünə və keçmiş həyatlarına analıq etməsi ətrafında qurulub. Bu, onun zəifliyini dözümlü aparır. Onun xüsusiyyətləri təhrif edilmiş, bəziləri buraxılmış, bəziləri vurğulanmışdır. Yeni bir forma onu əhatə edən 16 uşağı (mahnı sayı) vasitəsilə təkrarlanır. "

  1. Jordan Darville. "Meet Dutch-İranian Roamer finding a spiritual home in music". The Fader (ing. ). thefader.com. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.