Seyhan çayı (qədim adı: q.yun. Σάρος Saros) və ya digər adı ilə Sarus (türk dilində Sarus Su)[1] ― Kilikyanın və Türkiyənin Aralıq dənizinə tökülən ən uzun çayı. Çay 560 km uzunluğundadır və Anti-Tavr dağlarının zirvələrindən başlayır və geniş delta yaradaraq Aralıq dənizinə tökülür. Onun əsas qolları Adana ilində, Aladağ şəhərində birləşərək çayı əmələ gətirən Zamantı və Göksu çaylarıdır.
Seyhan çayı | |
---|---|
Seyhan | |
Ölkə | |
Mənbəyi | Türkiyə |
Mənsəbi | Aralıq dənizi |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 20.600 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Seyhan çayının mənbəyinin Tavr dağlarında olduğu bildirilmişdir. Çay Komana qəsəbəsi ilə irəliləyərək Kapadokyadan, daha sonra isə Kilikiyadan keçir. Çayın adı Liviy, Ksenofon,[2] Prokopi,[3] Strabon,[4] Ptolomey,[5] Appian,[6] Böyük Plini[7] və onu səhvən Sinarus adlandırmış Selanikli Estafiy də daxil olmaqla bir çox qədim müəllif tərəfindən qeyd edilmişdir.[8]
Seyhan çayı mənsəbindən 50 km məsafədə çayın üzərində yerləşən yeganə yaşayış yeri olan Adana şəhərindən keçir. Adanada çayın üzərində II əsr Roma körpüsü olan Taşköprü də daxil olmaqla bir neçə körpü mövcuddur. Çay, Dəli burnunda Aralıq dənizinə tökülür.
Qədim Yunan-Roma əfsanəsində Adana şəhərinin adının qardaşı ilə birlikdə çayın yanında şəhər quran yunan tanrısı Uranusun oğlu Adanusdan gəldiyi qeyd edilir. Həmin çaya isə onun qardaşı Sarusun adı verilir.[9]
Sarus çayı başlağıcda dağlardan axır,[10] daha sonra isə Kilikiyadan keçərək Aralıq dənizinə doğru irəliləyir və bu hissəsində Seyhan adlandırılırdı.[1]
2009-cu ildə Seyhan çayında 29 yerli, 3 tanıtılmış və 4 endemik növ də daxil olmaqla ümumilikdə 33 balıq növü aşkar edilmişdir. Çayda həmçibib səkkiz amfibiya nvü siyahıya alınmışdır və onlardan ikisinin (Rana holtzi və Triturus vittatus cilicensis) çay üçün endemik olduğu bildirilir.
Adananın yuxarı hissəsindəki böyük Seyhan bəndi suvarma,hidroelektrik enerji və daşqınla mübarizə üçün xidmət göstərir. Çay üzərində Yedigöze, Çatalan və Kavşak bəndləri də daxil olmaqlar eyni məqsədlər üçün tikilmiş başqa bəndlər də var. Çay hal-hazırda hidroelektrik enerji və suvarma üçün geniş inkişaf mərhələsindədir.[11]