Shape of My Heart

Shape of My HeartBritaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub.[1][2] Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib.[3][4] Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib.[5]

Shape of My Heart
Stinq tərəfindən Ten Summoner’s Tales albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1 avqust 1993 (1993-08-01)
Format sinql
Janr pop rok
Dil ingilis dili
Müddət 4:41
Prodüser Hyu Pedham, Stinq
Bəstəkar Stinq, Dominik Miller
Sözlərin müəllifi Stinq
Stinq sinqllarının xronologiyası
"Fields of Gold"
(1993)
"Shape of My Heart"
(1993)
"Nothing 'Bout Me"
(1994)

Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib.[6]

Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.[7]

  1. "Sting. Ten Summoner's Tales. Tracklist" (ingilis). Discogs.com. 2019-04-22 tarixində arxivləşdirilib.
  2. "Sting. Shape of My Heart. Track Listing" (ingilis). Allmusic.com. 2018-09-13 tarixində arxivləşdirilib.
  3. "Sting. Demolition Man. Track Listing" (ingilis). Allmusic.com. 2018-06-13 tarixində arxivləşdirilib.
  4. "Sting. Live in Berlin. Track Listing" (ingilis). Allmusic.com. 2019-07-26 tarixində arxivləşdirilib.
  5. "The Professional (1994)". Soundtrackinfo.com. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020. (#apostrophe_markup)
  6. "Shape Of My Heart by Sting". Songfacts.com. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020. (#apostrophe_markup)
  7. "Sting" (ingilis). The Official UK Charts Company. 2018-12-24 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]