Shazam, səs və musiqi tanımağa imkan verən bir tətbiqdir və istifadəçilərə eşitdikləri səs və musiqini tanımağa, onun haqqında məlumat əldə etməyə və müxtəlif əyləncəli və funksional xüsusiyyətlərdən istifadə etməyə imkan verir. Baş qərargahı Londonda yerləşir. Shazam, mobil tətbiqlər, veb saytlar və brauzer əlavələri kimi müxtəlif platformalarda mövcuddur. Shazam, mobil telefon mikrofonunun vasitəsi ilə səsi qeyd edir və bu səsi analiz edib tanımaq üçün öz bazasından istifadə edir. Shazam tətbiqi bir çox funksiyaya malikdir. Şazam istifadəçilər musiqini tanıdan zaman, ifaçıların məlumatlarını və mahnının adı ilə birlikdə mahnını sözlərini də təqdim edir. Şazam Spotify, Apple Music və digər musiqi platformalarını da dəstəkləyir . Əlavə olaraq, Shazam-dan əldə edilən məlumatlar, istifadəçilərə ən çox dinlənən mahnılar, ifaçılar və trendlər kimi məlumatları da təqdim edir. 2018-ci ildə, Apple Şirkəti Shazamı satın alaraq tətbiqi öz ekosistemi ilə inteqrasiya etmişdi. Shazam play market platformasından 500 miliyyon dəfədən çox yüklənib. [3]
Shazam | |
---|---|
Tipi | mobil tətbiq, veb-sayt |
Müəllif | Chris Barton |
Əməliyyat sistemi | Windows 8, Windows Phone, iOS, Windows Mobile, BlackBerry[d], Symbian OS, Android, Klassik Mac OS[d], Windows 10 Mobile |
İnterfeysin dili | ingilis dili, fransız dili, çex dili, alman dili, ispan dili, italyan dili, niderland dili, polyak dili, portuqal dili |
Yayımlanma tarixi | 1999 |
Platforma | iOS |
Sonuncu versiya | |
Sayt | shazam.com |
Vikianbarda əlaqəli mediafayllar |
Shazam, tanınan mahnı ilə əlaqəli digər məlumatları da təqdim edir. Bu məlumatlar arasında ifaçının biografiyası, albomları, konsert tarixləri və müxtəlif musiqi məlumatları da ola bilər.