Si Ronda — 1930-cu ildə Li Tek Svienin rejissorluğu ilə çəkilən, Niderland Ost-Hindin istehsalı olan hərəkət şəklində səssiz bir film. Baş rolunu Bəxtiyar Əfəndinin canlandırdığı və müasir Bətəvi (İndonaziya ve Bruneydə yaşayan xalqdır) şifahi ənənəsinə əsaslanan film, silat (Malay dünyasında keçirilən bir döyüş sənəti) sahəsində istedadlı Si Ronda kimi tanınan bir quldurun macəralarından bəhs edir. Filmin mənbəyi olan lenong (Bətəvilərin ənənəvi teatr növü) hekayələrində Ronda, adətən, Robin Hud tərzində biri kimi təsvir edilir. Artıq unudulduğu düşünülən film 1929-1931-ci illər arasında çıxan döyüş sənətləri filmlərindən biridir.
Si Ronda | |
---|---|
Si Ronda | |
Janr | döyüş sənətləri filmi |
Rejissor | Li Tek Svie |
Prodüser | Tan Xoen Yauv |
Baş rollarda | Bəxtiyar Əfəndi, Momo |
İstehsalçı | Tans Film |
İlk baxış tarixi | 1930 |
Ölkə | Niderland Ost-Hindi |
Dil | Səssiz film |
İl | 1930 |
Rəng | ağ-qara |
IMDb | ID1846736 |
Si Ronda zamanında etnik çinlilər ilə yerli tamaşaçılar arasında populyar olan bir lenongdan götürüldü. Ronda hekayələri silat sahəsində istedadlı olan və varlılardan alıb kasıblara verməsi ilə tanınan eyni adlı Bətəvi quldurun sərgüzəştlərindən bəhs edir.[1] İndoneziyalı film sənətçisi Misbaç Yusa Biran Rondanın hərəkət səhnələrini canlandıra bildiyi üçün uyğun olduğunu irəli sürdü. Yerli kinoda bu cür səhnələr, adətən, Amerikan filmlərindən təsirlənir və tamaşaçılar tərəfindən müsbət qarşılanırdı.[2]
Si Jampang ilə Si Pitung (XIX əsrdə Niderland Ost-Hindin Cakarta kəndində yaşamış quldur) daxil olmaqla Si Rondanınkinə bənzər hekayələr qeyri-qanuni şəkildə yaşamaqla bərabər, həm də ümumi xalq üçün döyüşən qeyri-adi güclərə sahib kişilər haqqında yazılmışdır. 1929-cu ildə "Batavia Motion Picture" tərəfindən Si Tjonatın ekranlara çıxmasından sonra quldur filmləri kimi ortaya çıxan bu növ yerli kinolar da məşhur oldu. 1929-cu ildə yenə Vonq qardaşları Rampok Prenger və 1931-ci ildə Si Pitung hekayələri əsasında çəkilmiş bu filmi izlədi.[3] 1929-1931-ci illər arasında yerli filmlərin dörddə birindən ibarət olan bu növə aid bütün filmlər mərkəzdəki xarakterin qəhrəmanlıq keyfiyyətlərini qoruyub saxladı. Məsələn, Vonq qardaşların Si Pitung hekayəsi əsasında çəkilmiş filmdə sadə bir quldur kimi yox, Robin Hud tərzində bir fiqur kimi təsvir edilmişdi.[4]
Rejissoru Li Tek Svie olan Si Ronda filmi "Tans Film" ( Niderland Ost-Hindi film şirkəti) şirkəti tərəfindən çəkildi. Adları çəkilən bu ikili daha əvvəl 1929-cu ildə şirkətin "Njai Dasima" filmində birlikdə işləmişdi. Filmin kinematoqrafı A.Loepias idi. Ağ-qara çəkilən bu səssiz filmdə Bəxtiyar Əfəndi baş rolu oynadı. "Njai Dasima" filmində rol alan Momo da filmdə yer aldı.
Si Ronda 1930-cu ildə hazır oldu. Bəxtiyar Əfəndi Tanın "Nancy Bikin Pembalesan" (Nansi intiqam alır) filmindən əvvəl Njai Dasima filminin davamı olaraq 1930-ci ilin may ayında ekranlara çıxacağını söylədi. Hollandiya qəzetləri 1932-ci ildə Şimali Sumatra vilayətinin paytaxtı olan Medalda göstərildiyini yazdı.
Film, böyük ehtimalla, tarixə qovuşdu. Amerikalı antropoloq Karl Q. Heider 1950-ci ildən əvvəlki bütün İndoneziya filmlərinin yoxa çıxdığını yazırdı. Bununla yanaşı, JB Kristantonun Katalog Film Indonesia (İndoneziya Film Kataloqu), bir neçəsinin Filmoteka İndoneziyanın arxivlərində qaldığını deyir.