Sikeliotlar (q.yun.Σικελιῶται, Sikeliôtai) — Maqna QrekiyanınSiciliya hissəsində yaşayan yunandilli xalq. Onlar dori mənşəli idilər və e.ə. VIII əsrdən Siciliyada məskunlaşmışdılar. Qədim yunanlar onları sikanlar və sikullar kimi yerli əhalidən fərqləndirmək üçün belə adlandırmışdılar
Sikeliotlar ilk növbədə adanın şərq və cənub sahillərində məskunlaşmış, daxili ərazilər isə başqa xalqların ixtiyarına buraxılmışdır. Roma Siciliyanı fəth edənə qədər adanın sahillərini demək olar ki, tamamilə yunan koloniyalarından ibarət idi. Roma Respublikası və Romaimperiyası dövründə sikeliotlar yunan kolonialistlərinin nəslindən gələnlər hesab olunurdular və onlar Cənubi İtaliyada yaşayan qeyri-yunan əhalidən aydın şəkildə fərqləndirilirdilər.
Afina tarixçisi Fukidid "Peloponnes müharibəsi tarixi" əsərində bir neçə dəfə skeliotların adını qeyd edir.[1]
Cusumano, Nicola (2009). Mots pour dire les mots. Interactions, acculturations et relations interculturelles dans al Sicile antique (Ve-IIe siècle avant J.-C.. "Sicile antique. Pyrrhus en Occident". Pallas (en francés) (Toulouse: Presses Universitaires du Mirail) 79. ISBN 978-2-8107-0041-7. ISSN 0031–0387.
Hall, J. M. (2002). Hellenicity: Between Ethnicity and Culture (en inglés). Chicago: University Of Chicago Pres. ISBN 0226313301.
Hall, J. M. (2004). "How ‘Greek’were the Early Western Greeks?". En Lomas Kathryn, ed. Greek Identity in the Western Mediterranean. Papers in Honour of Brian Shefton. Mnemosyne Supplementum (en inglés) (Leiden-Boston: Brill) 46. ISBN 978-90-04-1300-3 |isbn= incorrecto (ayuda).