Sikorsky–Boeing SB-1 Defiant

2018-ci ilin dekabr ayının sonunda ilin ən maraqlı aviasiya hadisələrindən biri baş verdi: "Sikorsky" və "Boeing" şirkətinin müştərək istehsalı olacaq çoxməqsədli SB1 "Defiant" (ingiliscədən "cəsarətli", "qüsursuz", "itaətsiz") helikopterinin konsepsiyası təqdim edildi.

Sikorsky–Boeing SB-1 Defiant
Tipi Aviasiya kəşfiyyatı üsulu[d]
İstehsalçı Sikorsky Aircraft Company
İlk uçuş 21 mart 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu yeni layihənin mərkəzində ABŞ hərbçilərinə bir neçə yüksək sürətli helikopter ailəsi vermək üçün nəzərdə tutulan perspektiv "Vertical Lift" proqramı dayanır.

SB-1-i gördükdə "dejavü" hiss etsəniz təəccüblənməyin. ABŞ artıq uzun müddətdir ki, yeni helikopterin bənzəri olan, "Sikorsky" istehsalı S-97 "Raider" helikopterini müvəffəqiyyətlə sınaqdan keçirir.

Yeni SB1 helikopterini sözün əsl mənasında bu maşının modifikasiyası adlandırmaq da olmaz. Helikopterlər təmamilə fərqli vəzifələri həll etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, S-97 nisbətən kiçik bir helikopterdir, iki nəfər heyətə malikdir və altı nəfər desant daşıya bilir. Bunun kəşfiyyat, yüngül zərbə və ya gələcək pilotsuz aparatın bazası olduğu dəqiq məlum deyil. Onu daha çox ömrünü başa vuran "Bell" istehsalı kiçik OH-58 "Kiowa" helikopterlərinin yüksək sürətli əvəzi kimi görürlər.

Böyük ehtimal ki, S-97 helikopteri zərbə tipli "Apache" helikopterlərini əvəz etməyəcək. ABŞ ordusu AH-64-ləri təxminən 2050-ci illərə qədər istismar etməyi planlaşdırır. Bu yaxınlarda, məlum oldu ki, "Boeing" şirkəti əfsanəvi helokopteri itələmə pəri ilə təmin etmək istəyir. Bu, nəzəri olaraq, uçuş sürətini 50% artıra bilər. Lakin təcrübədə necə olacağı, əlbəttə ki, məlum deyil, çünki əgər onların uçuş-texniki keyfiyyətləri haqqında danışırıqsa, köklü dəyişikliklər heç də hər zaman istifadədə olan vasitələrin xeyrinə olmur. Bu çox vaxt kütlələrin kəskin artmasına və proqnozlaşdırılan mənfi nəticələrə gətirib çıxarır.

Yeri gəlmişkən, S-97 "Raider" və SB1 "Defiant" helikopterlərini bir-birinə bənzədən əsas element, hər ikisinin quyruq hissəsində itələmə pərlərinin mövcudluğudur. Hər iki helikopterin konstruksiyasında oxlu aparıcı pərdən istifadə olunur. Bununla da oxşar cəhətlər bitir.

Əslində göstərilən helikopter daha çox vəzifə yerinə yetirə biləcək və daha böyük bir vasitə olacaq. Sadə dillə desək bu helikopter, ABŞ-nin məşhur çoxməqsədli ordu helikopteri olan "Sikorsky" istehsalı UH-60 "Black Hawk"ları əvəz edə bilər. "Defiant" da sələfi kimi, ABŞ ordusunun bir çox onilliklər ərzində görünüşünü təyin edə bilər.

Proqramın əhəmiyyətini qiymətləndirmək çətindir. Bütün üstünlükləri ilə bərabər "Black Hawk" aerodinamik konsepsiyası tərəfindən şərtləndirilən və hər hansı bir "klassik" helikopterə xas olan sürət məhdudiyyətlərinə malikdir. "UH-60L" üçün açıq mənbələrdə göstərilən maksimal sürət saatda 300 kilometr, kreyser sürəti isə saatda 280 km-dən çoxdur. Müqayisə üçün qeyd edək ki, SB1 "Defiant" helikopterinin təxmin edilən kreyser sürəti saatda 460 kilometr olmalıdır. Fərq böyükdür. Ehtimal etmək olar ki, SB1 "Defiant" helikopterinin geniş istifadəsi, ABŞ ordusunun əvvəlcə xəyal etmədiyi imkanları ona qazandıra biləcək. Eyni zamanda dünyanın heç bir ölkəsi yaxın gələcəkdə yüksək sürətli helikopterlərin kütləvi şəkildə tətbiq edilməsinə dair ciddi planlara malik deyil.

Helikopterin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

SB1 "Defiant" konstruksiyasının əsasını, proqramını bağlamadan öncə saatda 415 kilometrə qədər sürətlənənərək ən azı bir qeyri-rəsmi sürət rekordunu təyin edən təcrübəli "Sikorsky X2" helikopteri təşkil edir.

Təcrübə məqsədli helikopterin konstruksiyası, oxlu aparıcı pərdən istifadə olunan S-69 vasitəsi əsasında qurulub. 2016-cı ildən etibarən "Sikorsky" şirkətinin innovasiya layihələri bölməsinin vitse-prezidenti olan Kris van Byuyten bildirib: "X2 oxlu aparıcının sirri ondadır ki, əks istiqamətlərdə fırlanan əsas pərləri quyruq pəri olmadan qaldırma qüvvəsini və irəliyə doğru uçuşu təmin edir. 277.8 km/saay üzərində sürət itələmə pərləri ilə təmin edilir, əsas pərlər isə əvvəlki kimi qaldırma qüvvəsini yaradır".

Qeyd edək ki, SB1 üçün əsas güc qurğusu kimi yeni olmayan iki ədəd T55 "Honeywell" mühərrikləri seçilib: olanlardan "Boeing" istehsalı CH-47 "Chinook" helikopterlərinə quraşdırılıb. Lakin bu mühərriklər "Defiant" üçün xüsusi olaraq modernləşdiriləcək, daha sonra isə helikopter prinsipial yeni mühərrik ilə təchiz ediləcək.

SB1 "Defiant" bazasında inşa edilən seriyalı vasitəsi daşınma əməliyyatlarını, desant çıxarmanı, axtarış-xilasetmə tədbirlərini, yaralıların döyüş meydanından təxliyəsini və s. kimi vəzifələri yerinə yetirə bilər. Ekipaj dörd nəfərdən ibarətdir. Helikopterdə on iki nəfər desantı tam təchizatla yerləşdirmək mümkündür.

SB1 "Defiant"dan zərbə helikopteri kimi istifadə də istisna edilmir, çünki belə yüksək sürət imkanlarından döyüş məqsədləri üçün yaralanmamaq günah olardı.

Unutmayaq ki, Pentaqonun sərəncamında olan "Apache", "Vipers" helikopterləri və taktiki aviasiya döyüş təyyarələrindən başqa yerüstü dəstək üçün effektiv şəkildə istifadə edilə bilən zərbə PUA-ları da mövcuddur.

Əlbəttə ki, A-10 təyyarələri də onları F-35A və ya F-35B qırıcıları əvəz etməyənə qədər sədaqətlə ABŞ ordusunda xidmət edəcəklər.[1]

  1. "Arxivlənmiş surət". 2019-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.