Siland

SilendŞimal Dənizində yerləşən virtual dövlət[1][2]. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.[3].

Silend
ing. Principality of Sealand
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
e mare libertas
Rəsmi dilləri
Paytaxt Rafs-Tauer
İdarəetmə forması Konstitusiyalı monarxiya
Knyaz I Mixail Beyts
Sahəsi Dünyada 280-ci
 • Ümumi 0,00055 km²
 • Su sahəsi (%) 0
Əhalisi
 • Əhali 24 (iddia edilir ; qurulduğu gündən etibarən 27 nəfər idi. Sonra 2- si ölkədən kənarlaşdırılıb, biri vətəndaşlığdan çıxarılıb. ) nəfər
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub.

İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar.

1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.

Havadan görünüşü

Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal "ölkəsinə" gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Siland vətəndaşlığından çıxarılır.

Silend adasında yanğın

[redaktə | mənbəni redaktə et]

2006-cı il 23 iyunda Silend adasında yanğın baş verir. Nəticədə bir nəfər xəsarət alır və xilasedici vertolyot ilə Britaniya xəstəxanalarından birinə aparılır. Sonradan Silend adası tez bir zamanda yenidən özünə gəlir.

Silend adasının satılması

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə ölkənin sahibləri satış niyyəti elan etdi. Elandan dərhal sonra The Pirate Bay bu ölkənin alınması üçün vəsait qaldırdı. 2009-cu ildə İspaniyanın əmlak agentliyi İnmo-Naranja bu ölkəni 750.000.000 € dəyərində satılığa çıxarmaq niyyətini elan etdi.

Silend knyazlığı dünyanın heç bir ölkəsi tərəfindən tanınmır və Böyük Britaniya ərazisi hesab olunur.[4]

  1. All Hail Sealand Arxivləşdirilib 2012-10-06 at the Wayback Machine. The New York Times
  2. Идеальный офшор Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine. Компьютерра
  3. ""Skateboarding the World's Smallest Country: Red Bull All Access"". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.
  4. Ward, Mark (5 June 2000). "Offshore and offline?" Arxivləşdirilib 2009-02-22 at the Wayback Machine