Axzivlend

Axzivlend (ivr.מדינת אכזיב‏‎) — İsrailin Nahariya şəhəri və İsrail–Livan sərhədi arasında yerləşən virtual dövlət. Virtual dövlətin əsası Eli Avivi tərəfindən 1972-ci ildə qoyulmuşdur. Bu virtual dövlət İsrailin Turizm Nazirliyi tərəfindən reklamlaşdırılsa da,[2] onun qanuni vəziyyəti anlaşılmaz qalıb.[3]

Axzivlend
מדינת אכזיב
Bayraq[d]
Bayraq[d]
Tarixi
 • Müstəqillik 1971[1]
İdarəetmə forması Demokratiya
Prezident Eli Avivi
Əhalisi
 • Əhali 1 nəfər
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Virtual dövlət qədim yaşayış məntəqəsi olan Axzivin yaxınlıqlarında, Nahariya şəhərində 5 kilometr uzaqlıqda yerləşir. Buna əlavə olaraq, virtual dövlət Fələstin-ərəb kəndi olan Əz-Zibin ərazisində yerləşir. Bu kənd Birinci Ərəb-İsrail müharibəsi zamanı İsrail qüvvələri tərəfindən zəbt edilmiş, əhalisi isə kənddən qovulmuşdur.

Axzivlendin olduğu yer qədim Axziv liman şəhərinin yaxınlıqlarındadır. Regionda tapılan arxeoloji tapıntılara əsaslanaraq, alimlər Axzivin dəmir dövründə önəmli bir iqtisadi mərkəz olduğunu düşünürlər. Yoşuanın kitabında Axzivin İudeya şahlığının doqquz şəhərində biri kimi qeyd edilir. Mişna dövründə ərazidə böyük bir şəhər yerləşirdi. Səlib yürüşləri dövründə şəhər bir səlibçiyə hədiyyə olaraq verilmişdi. Məmlüklər dövründə şəhər I Baybars tərəfindən fəth edilmişdir. O, burada Əz-Zib adlı bir balıqçı kəndinin əsasını qoymuşdur. Kəndin sakinləri oranı Ben-Ami əməliyyatı zamanı tərk ediblər.

1952-ci ildə gəmiçi və Palmax veteranı olan Eli Avivi bu kənddə yerləşən evlərin birinə köçmüşdür. Əz-Zibin keçmiş sakinlərinin dediyinə görə, Avivi bir balıqçı ailəsi tərəfindən işə götürülmüş və daha sonra, 1955-ci ildə onların evinə köçmüşdür.[4]

1961-ci ildə İsrail hökuməti Fransa kurort şirkəti olan "Club Med" ilə sahilyanı ərazi üçün 50-illik bir icarə müqaviləsi imzalamışdır.[1]

1970-ci ildə İsrail hökuməti Avivinin yaşadığı evi sökmək üçün kəndə buldozerlər göndərmişdir. Buna etiraz olaraq, Avivi 1971-ci ildə Axzivlendin əsasını qoymuş, Əz-Zib kəndinin keçmiş muxtarının evini muzeyə çevirmişdir. Virtual dövlət turist məkanına çevrilmişdi. "Haarets" qəzeti buranı "hippi virtual dövləti" adlandırırdı.[5][6]

Virtual dövlət Avivini prezident seçmişdir. Axzivlend Konstitusiyasına görə "prezident öz səsi ilə demokratik bir şəkildə seçilir". O, virtual dövlət üçün bayraq və himn təsis etmiş, eləcə də passport çap etmişdir. Bir müddət ziyarətçilərin passportlarına xüsusi bir ştamp vurulurdu. Avivi Axzivlendin əsasının qoyulmasından sonra həbs edilmişdir. Buna baxmayaraq, on gün sonra, məhkəmə zamanı hakim onu İsrail Konstitusiyasında "icazəsiz dövlət qurmaq" cəzasının mövcud olmadığını deyərək azadlığa buraxmışdır.[4][7]

Uzun müddət ağciyər iltihabından əziyyət çəkən Eli Avivi 15 may 2018-ci il tarixində vəfat etmişdir.[6][8]

  1. 1 2 Laqerkvist, Piter. "Vacation from History: Ethnic Cleansing as the Club Med Experience" (PDF). Journal of Palestine Studies. University of California Press. 36 (1). payız 2006: 43–53. İstifadə tarixi: 14 avqust 2018.
  2. Miller, Kolin. "A World of His Own: Eli Avivi". Go World Travel. 2015-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  3. Rayan, Con. Micronations: The Lonely Planet Guide to Home-Made Nations. Lonely Planet. 2006. 48–50. ISBN 1741047307.
  4. 1 2 Tomas, Ameliya. "Finding Akhzivland". Lonely Planet. 5 noyabr 2009. 2015-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2018.
  5. Berq, Raffi. "One-man rule in Israel's hippy micro-state". BBC News. 10 mart 2015. 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  6. 1 2 Arad, Roy. "President of Fancied Hippie Micro-state Achzivland in Northern Israel Dies at 88". Haaretz. 16 may 2018. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  7. Makkeni, Lişa. "The despot concierge". Traveller. 13 sentyabr 2009. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  8. "Micronation founder Eli Avivi dies in Israel". BBC News. May 16, 2018. December 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]