Silez Universiteti

Silez Universiteti (pol. Uniwersytet Śląski w Katowicach, UŚ) — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri.[2] In 1950, the Higher Pedagogical School in Katowice was established,[3]

Silez Universiteti
Xəritə
50°15′26″ şm. e. 19°01′41″ ş. u.
Əsası qoyulub 1968
Tip dövlət universiteti
Tələbə sayı 27,395[1]
Müəllim sayı 2,082[1]
Şəhər Katoviçe
Ölkə
Ünvan Katoviçe şəhəri
Universitet şəhərciyi Katoviçe, Sosnovts, Teşin
Sayt us.edu.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1968-ci ildə Katoviçedə təsis edilmiş Silez Universiteti Polşanın ən böyük dövlət ali məktəblərindən biridir və Yuxarı Sileziya regionunda ən böyük universitetdir.[4] Universitetin strukturunu tələbələrə 53 istiqamət və 160-dan artıq ixtisas, həmçinin 8 ingilis dilli təlim üzrə təhsil təklif edən 12 fakültə və 5 beynəlxalq fakültə vahidi təşkil edir. Ali məktəbdə bakalavriatura, magistratura və aspirantura təhsil pillələri, diplomdan sonrakı təhsil, ixtisasın artırılmasının kursları fəaliyyət göstərir.[5]

Universitetin əsas fakültələri: informatika və materialşünaslıq, Kristof Kislovski adına radio və televiziya, riyaziyyat, fizika və kimya, təbiətşünaslıq, biologiya və ətraf mühitin mühafizəsi, etnologiya, filologiya, sosiologiya, incəsənət, pedaqogika və psixologiya, hüquq və idarə etmə və ilahiyyat.[6]

Hazırda bu ali təhsil ocağında təqribən 40 000 tələbə təhsil alır.[7]

Universitet şəhərcikləri

[redaktə | mənbəni redaktə et]
Universitetin İnformatika və materialşünaslıq fakültəsinin tədris korpusu

Silez universitetinin yataqxanaları üç şəhərdə inşa edilib: Katoviçe, Sosnovts və Teşin.

Katoviçedə akademiya şəhərciyi mənzərəli Liqota rayonunun park-meşə zonası yaxınlığında yerləşir. Burada üç yataqxana və infrastruktur obyektlər istifadəyə verilib: tennis kortu, trenajor zalı, kseroks-xidmətlər, “Straşnıy dvor” tələbə klubu, “Panorama” barı, ərzaq mağazaları. Hər yataqxanada idman zalı var.

Poqon rayonundakı Sosnovts akademiya şəhərciyi dörd yataqxanadan ibarətdir. Burada informatika və materialşünaslıq fakültəsinin tədris korpusu, həmçinin yaxınlıqda filolologiya fakültəsinin (xarici dillər bölməsi) binası istifadəyə verilib. Akademiya şəhərciyinin ərazisində tələbə yeməkxanası, tələbə klubu, bərbərxana, kseroks-xidmətlər, taksi dispetçer otağı fəaliyyət göstərir.[8]

Teşindəki akademik universitet şəhərciyinin tərkibinə üç yataqxana, tədris korpusları, idman obyektləri, tələbə yeməkxanası və “Panoptikum” tələbə klubunu daxildir.

Katoviçe şəhərciyi 1300, Teşin və Sosnovts isə 1460 yerə malikdir. Aspirantlar üçün mehmanxana nömrələri və yataqxanalarla birlikdə Silez Universitetinin yaşayış fondu 3000 yer təşkil edir. Hər otaq internetlə təmin edilib, yataqxanalarda televiziyaya baxış üçün xüsusi otaqlar var. Yataqxanalarda yaşayış üçün ödəniş haqqı otağın ölçülərindən asılıdır, aylıq ödəniş 234-474 Polşa zlotısı (100 Polşa zlotısı təqribən 25 AZN təşkil edir) arasında dəyişir.[9]

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]

Universitetdə təkcə uğurlu təhsil və elmi-tədqiqat fəaliyyəti üçün yüksək şərait yaradılmayıb, həmçinin tələbələrin idman və bədii özfəaliyyətlə məşğul olmasına dəstək verilir. Ali məktəbdə 179 həvəskar dərnək, “Harmoniya” akademik xoru, “Katovitsa” tələbə mahnı və rəqs ansamblı, “Eqida” tələbə radiosu və akademik idman cəmiyyəti yaradılıb. “Eqida” radiosunun işində radio jurnalistikası sahəsində özünü sınamaq istəyən tələbələr iştirak edə bilərlər. Akademik idman cəmiyyətinin üzvü olmaqla tələbələr hovuzlardan və trenajor zallarından pulsuz istifadə edirlər.[10][11]

Əlil tələbələrə yardım

[redaktə | mənbəni redaktə et]

Universitet binalarının əksəriyyətində fiziki qüsurlu tələbələr üçün də əlverişli şərait yaradılıb. Əlil tələbələr karyera üzrə şəxsi köməkçinin, surdo-tərcüməçinin, psixoloqun və konsultantın dəstəyindən istifadə edə, təhsilə kömək edən multimedia avadanlığını icarəyə götürə bilərlər. Həmçinin yataqxana otaqlarında əlillərin rahatlığı təmin edilib.

Karyeranın inkişafı

[redaktə | mənbəni redaktə et]
Silez Universitetinin hüquq və idarəetmə fakültəsinin tədris korpusu

Tələbələr üçün ali təhsil müəssisəsində Karyera bürosu yaradılıb. Büro onlara təcrübə qazanmağa və əlverişli iş yeri tapmağa kömək edir. Burada işə düzəltmə üçün kursları, seminarlar və təlimlər təşkil edir. Universitetdə əhəmiyyətli qərarların qəbulunda aktiv iştirak edən güclü tələbə özünüidarəetmə təşkilatı fəaliyyət göstərir. Xüsusilə aktiv tələbələr üçün təşkilatda iştirak karyerada başlanğıc və lider və təşkilatçılıq qabiliyyətlərinin inkişafı üçün məktəb rolunu oynayır.[12][13]

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq əməkdaşlıq ali təhsil ocağının fəaliyyətində prioritet ealn etdiyi sahələrdən biridir. Universitet dünyanın 36 ölkəsində yerləşən 500-dən artıq ali məktəb ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Erasmus proqramı çərçivəsində Silez Universitetinin bütün tələbələri 3-12 ay boyunca Avropa ölkələrində təhsil ala bilərlər.[14] Ali məktəbdə yerli tələbələrlə yanaşı Avropa İttifaqı ölkələri, Belarus, Ukrayna, Rusiya, Gürcüstan, Qazaxıstan, MonqolustanÇindən olan tələbələr oxuyurlar. Universitetin məzunları Avropa nümunəsi diplomu alırlar ki, bu da Avropa ittifaqının bütün ölkələrində tanınır.[15][16]

Silez Universitetində tədris əsasən Polşa dilində aparılır, buna görə də vacibdir ki, əcnəbi tələbə bu dili mühazirə və seminar materiallarını mənimsəməyə imkan verən səviyyədə öyrənsin. Universitetdə Polşa dilinin öyrədilməsi məqsədilə Polşa dili və mədəniyyəti Məktəbi yaradılıb. Burada fərdi və qrup şəkildə dilin bütün səviyyələri üzrə kurslar keçirilir.

Məktəbdə Polşa dili üzrə aylıq və semestr kursları, fərdi kurslar, Polşa dilinin illik intensiv kursu, Polşada təhsil almağı planlaşdıran əcnəbilər üçün Polşa dili kursu, “Polşa dili xarici dil kimi” Dövlət sertifikatına imtahana hazırlıq üzrə kurslar təşkil edilir.

Silez Universitetinin əcnəbi tələbələri dil kursları üçün ödənişdən azad olunurlar. Dövlət sertifikatı üzrə imtahana hazırlayan kurs ödənişlidir. Universitetdə hazırda 10 fakültə fəaliyyət göstərir.[17]

Silez Universiteti regionda ən böyük ənənəvi və elektron resurslarla təchiz edilmiş müasir kitabxana şəbəkəsinə malikdir. Katovitsada 1 milyondan artıq nəşrin daxil olduğu mərkəzi kitabxana yaradılıb. Bundan əlavə, hər fakültə konkret ixtisaslar üzrə ədəbiyyatı ehtiva edən şəxsi kitabxanaya malikdir.[18]

  1. 1 2 "Sheet with Facts and Figures on University of Silesia". 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  2. p.30, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  3. p.44, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  4. "History on University of Silesia". 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  5. «Przemiany». Tygodnik (Katowice-Opole), R 2, 1957, nr 6(18) z dn. 10 II, cyt. za: «Mądrość zbudowała sobie dom…». Uniwersytet Śląski 1968—2008. Dzieje, dokumentacja, źródła. Red. A. Barciak. Katowice 2008, s. 224—225.
  6. Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 15 (762), 26 aprel 2013, səh. 33.
  7. p.207, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  8. p.92, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  9. p.91, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  10. p.30, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  11. p.44, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  12. p.47, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  13. p.62, „Mądrość zbudowała sobie dom...”, UNIWERSYTET ŚLĄSKI 1968—2008, A. Barciak, Katowice 2008
  14. "Bilateral Erasmus Agreements - University of Silesia". 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  15. "Academic Cooperation on University of Silesia". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  16. "Bilateral Agreements on University of Silesia". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  17. "Uniwersytet Śląski w Katowicach – UŚ Katowice" (polyak). 2019-07-30. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  18. "CINiBA". 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]