Simbirsk Çuvaş müəllimlər məktəbi (çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ) — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır.[1][2] Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur.
Simbirsk Çuvaş müəllimlər məktəbi | |
---|---|
çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ | |
| |
54°18′57″ şm. e. 48°22′21″ ş. u.HGYO | |
Əsası qoyulub | 28 oktyabr (9 noyabr) 1868 |
Bağlanıb | 1956 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Direktor | İvan Yakоvlеv |
Ölkə | |
Ünvan | Ulyanovsk, Vorobyov küçəsi, 12 |
1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.[1]. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi.
1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcədə Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.
1870-ci ildə çar hökuməti "Rusiyada yaşayan xaricilərin təhsili üçün tədbirlər haqqında" xüsusi qaydalar təsdiqlədi. İ.Yakovlevin məktəbinin fəaliyyəti bu qaydalar şərçivəsində nizamlanmağa başlanadı.[3] Məktəbin müəllimləri və məzunları bütün Volqaboyu xalqların təhsil və mədəniyyət səviyyəsinin inkişafında fəal iştirak edirdilər.
Məktəbə 1878-1922-ci illərdə rəhbərlik edən İvan Yakovlevin arvadı Yekaterina Alekseyevna Yakovlevanın (qız soyadı Bobrovnikova) (1861-1936) himayədarı və əsas müəllimi olduğu qadın şöbəsi də fəaliyyət göstərirdi.[2]
İvan Yakovlev dindar olduğundan dini qaydalara xüsusi fikir verirdi. Xüsusən pravoslav qayda-qanunlarının məktəbdə tətbiq edilməsi tərəfdarı idi. Bunun üçün məktəbdə provoslav kilsəsi də tikilmişdi. Məbəd əvvəlcə 1884-cü ildə Pravoslav Misionerlər Cəmiyyətinin və xüsusi xeyriyyəçilərin ianələri ilə Xalq Təhsili Nazirliyinin dəstəyi ilə tikilmişdi. 1897-1898-ci illərdə Simbirsk taciri N. Y.Şatrovun hesabına yenidən inşa edildi.
Məbədddə Müqəddəs Ruhun Həvarilərin üzərinə enməsini xatırlamaq üçün xüsusi taxt var idi. Kilsənin xidməti bir keşişdən ibarət olmuşdur. Məktəbdə onun qalması üçün ayrıca mənzil ayrılmışdı. Pravoslav Misioner Cəmiyyəti keşişinin aylıq əmək haqqı 600 rubl müəyyən edilmişdir.[4]
Simbirsk Çuvaş məktəbinin məzunları arasında müəllimlər, ruhanilər, ictimai və dövlət xadimləri, xalq təsərrüfatının təşkilatçıları, maarifçilər, ədəbiyyat və incəsənət, elm adamları var idi. Məktəbin məzunları çuvaş xalqının iqtisadiyyatı və mədəniyyətinin inkişafına böyük töhfə vermişdilər.
Simbirsk Çuvaş məktəbi çuvaş milli professional musiqisinin, təsviri sənətinin, ədəbiyyatının və milli mədəniyyətin digər sahələrinin inkişafında mühüm rol oynamışdır.
İvan Yakovlev əsrlər boyu daşınan xalq sənətini çuvaşların ən qiymətli xəzinəsi hesab etmişdir:
Çuvaşların bu günə qədər qoruduğu ən dəyərli və heyrətləndirici, ən böyüyü dil, nəğmələr, tikmələrdir. Çuvaşlarda yüz min söz, yüz min mahnı, yüz min tikmə mövcuddur.[5] |
1922-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Simbirsk Çuvaş məktəbi, bütün mədəniyyət müəssisələri, torpaq sahələri və təssərrüfatı ilə birlikdə əbədi olaraq istifadə üçün çuvaş xalqına verildi. Bu fərman 1956-cı ildə Ulyanovsk şəhər şurasının qərarı ilə ləğv edildi.[6]
Simbirsk Çuvaş məktəbinin inkişafındakı ən yüksək mərhələ, ali məktəb statusuna sahib Çuvaş Xalq Təhsili İnstitutu (Çuvino) kimi fəaliyyət göstərdiyi zaman 1920-1923-cü illər hesab edilə bilər.[7] Eyni zamanda, institutda Çuvaş kənd təsərrüfatı texnikumu da yerləşmişdi. Moskvadan xüsusi dəvət olunmuş İvan Yakovlevin oğlu, professor Aleksey İvanoviç Yakovlev onların təşkilində və işlərində fəal iştirak etdi.[8] İnstitutun rektorlar yerli Simbirsk rəhbərliyinin təyin etdiyi əvvəlcə G.S.Savandeyev,[9] sonra isə İ.K.Vasilkov olmuşdur.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 9 fevral 1922-ci il tarixli fərmanı əsasında Simbirsk Çuvaş İnstitutu və Kənd Təsərrüfatı Texnikumu bütün əmlakları ilə birlikdə Çuvaş Muxtar Vilayətinin İcraiyyə Komitəsinin tabeliyinə verildi. Çuvaş Muxtar Vilayətinin İcraiyyə Komitəsinin nümayəndəsi İ.N.Yaştaikin bu təhsil müəssisəsinin rektoru təyin edildi.[10]
İ.Yaştaikin A.İ.Yakovlevi və onunla əlaqəli bütün şəxsləri işdən çıxardı. Aleksey İvanoviç Yakovlev Moskvaya qayıtmaq məcburiyyətində qaldı. Onunla birlikdə valideynləri - İvan Yakovlev və Yekaterina Yakovleva getdi. Beləliklə, bu məktəbin 54 il davam edən Yakovlev dövrü başa çatdı.
Çuvaşıstan Xalq Təhsili İnstitutuna (Çuprino) çevrilmiş Çuvaş Xalq Təhsili İnstitutunda Nikolay Aşmarin, T.F.Timofeyev (Тимухха Хĕвĕтерĕ) kimi şəxslər çalışmışdılar. Lakin bu layihənin daha da inkişaf etdirilməsi nəzərdə tutulmamışdır. Simbirsk müəllim məktəbi daha sonra fərqli bir yolla davam etdi.
Məktəbin məşhur məzunları aşağıdakılardır:
2006-cı ildə Rusiyanın Rabitə Nazirliyi “Ulyanovsk. Simbirsk Çuvaş Müəllimlər Məktəbinin Kompleksi" adlı xatirə poçt markası buraxmışdır.[15]
Məktəb binası Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irsinin obyekti statusuna malikdir. Hazırda Ulyanovsk şəhərində Simbirsk Çuvaş müəllimlər məktəbinin binasında Konstantin İvanov muzeyi yerləşir.