Simeon Nençev Slavçev (bolq. Симеон Ненчев Славчев 25 sentyabr 1993[1][2][…], Sofiya[3][4][…]) — Bolqarıstanlı peşəkar futbolçu. Polşanın "Vieçuzta Krakov" klubunda müdafiə meyilli yarımmüdafiəçi kimi çıxış edir.[6][7]
Simeon Slavçev | |
---|---|
bolq. Симеон Славчев | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1993[1][2][…] (30 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 185 sm |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Slavçev peşəkar karyerasına 2010-cu ildə "Litex Loveç" klubunda başlayıb. "Çavdar Etropole" klubuna icarəyə verildikdən sonra onların komandasında əsas heyət oyunçusu olub. 2014-cü ildə Portuqaliyanın Sportinq klubu ilə müqavilə imzalayır, lakin orada əsas komandaya düşə bilmir. Bolton Uonderers, "Apollon Limassol" və "Lexia Qdansk" klublarında icarə əsasında oynadıqdan sonra o, 2018-ci ildə Qarabağ klubuna transfer olur.
Slavçev karyerasına doğulduğu şəhərin "Septemvri Sofia" klubunda başlayır. O, altı yaşında onların uşaq komandasına qoşulur.[8]
2006–07 mövsümündə o, klubun gənclər komandasının dəvət edilir. 2007-ci ildə Slavçev Slaviya Sofiya klubuna qoşulur və klubla 2007–08 mövsümündə Bolqarıstan U-15 Çempionatının qalibi olur.[9]
Slavçev 2010-cu ilin oktyabrında "Litex"in əsas komandasına transfer edilir.[10] O, 2010–11 mövsümündə, "Litex"in 31 oktyabr 2010-cu ildə "Slaviya Sofiya" üzərində 2–0 hesablı qələbə qazandıqları oyunda Xristo Yanevin əvəzləyərək meydana çıxır və "Litex"in heyətində debüt edir.[11]
2011-ci ilin iyulunda Slavçev bir mövsümlük icarə müqaviləsi əsasında "Çavdar Etropole" klubuna qoşulur. 2011–12 mövsümündə o, burada 13 oyunda meydana çıxır.
2012-ci ilin yayında "Litex"ə qayıdır. 4 noyabr 2012-ci ildə, "Litex"in "Çerno More" klubu üzərində 4–1 hesablı qələbə qazandığı oyunda ilk qolunu vurur.[12]
19 may 2014-cü ildə Slavçev 2,5 milyon avro qarşılığında Portuqaliyanın "Sportinq" klubuna transfer olunur və klub ilə 5 illik müqavilə imzalayır.[13]
2 fevral 2015-ci ildə Slavçev mövsümün sonuna qədər Bolton Uonderers klubuna icarəyə verilir.[14] O, İngiltərə çempionatında debütünü 7 fevral 2015-ci ildə "Derbi Kaunti" ilə matçda edir.[15] Sonradan Slavçev zədələnərək mövsümün sonuna qədər sıradan çıxır.[16]
11 avqust 2015-ci ildə Slavçev 2015–16 mövsümü üçün icarə əsasında Kiprin "Apollon Limassol" komandasına qoşulur.[17] O, 23 avqust 2015-ci ildə, "Aris" klubu ilə oyunda, yeni komandasında debüt edir və oyunun əlavə vaxtında komandasının qələbə qolunu vurur.[18] 19 may 2016-cı ildə "Apollon" ilə Kipr Kubokunu qazanır.[19]
Slavçev 2015–16 mövsümünün sonunda zədələnir. "Sportinq" onun daha çox təcrübə toplamaq və tam formada olması üçün onu yenidən icarəyə vermək qərarına gəlir. 17 avqust 2016-cı ildə Slavçev bir mövsümlük icarə əsasında Polşanın "Lexia Qdansk" klubuna keçir.[20] Slavçev yeni komandasında debütünü 9 sentyabr 2016-cı ildə, "Krakoviya" üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda edir.[21] O, komanda üçün ilk qolunu 11 mart 2018-ci ildə Legia Varşava klubuna evdə 1–3 hesabı ilə uduzduqları oyunda vurur.
Slavçev 2017-ci ilin yayında Birminhem Siti klubunda yoxlamaya dəvət edilir.[22]
5 iyul 2018-ci ildə Slavçev Qarabağ FK ilə 3 illik müqavilə imzalayır.[23]
Slavçev "Qarabağ" klubu ilə bağladığı müqaviləni ləğv etməyə razılaşdıqdan sonra vətənə qayıdır. 22 dekabr 2019-cu ildə Levski Sofia ilə 3 illik müqavilə imzalayır.[24] O, 15 fevral 2020-ci ildə Əbədi Derbidə "ÇSKA Sofiya" ilə 0–0 hesabıyla bitmiş oyunda meydana çıxaraq yeni klubunda debüt edir.[25]
20 iyun 2020-ci ildə Slavçev klubda ilk qolunu, 3–3 hesabı ilə bitən başqa bir Əbədi derbidə, "ÇSKA"nın qapısına vurur.
2021-ci ilin dekabrında Slavçev Lokomotiv Sofiya klubu ilə bir il yarımlıq müqavilə imzalayır.[26]
3 yanvar 2023-cü ildə "Lexiya Qdansk"ın qış transfer pəncərəsində onuunla yenidən müqaviilə imzalamaq səylərinə baxmayaraq,[27] Slavçev Polşanın dördüncü divizion komandası olan "Vieçuzta Krakov" ilə iki il yarımlıq müqavilə imzalayır.[28]
2009-cu ilin sentyabrında məşqçi Atanas Jelev tərəfindən "Bolqarıstan U-17" millisinə çağırılır və "UEFA U-17 Avropa çempionatı"nda iştirak edir.
2011-ci ildə o, "UEFA U-19 Avropa çempionatı" üçün "Bolqarıstan U19" millisinə çağırılır.
2012-ci ildə o, məşqçi Mixail Madanski tərəfindən "Bolqarıstan U21" milli komandasına dəvət edilir.[29]
2013-cü ildə Lyuboslav Penev tərəfindən 2014 Dünya Kuboku seçmə mərhələsində Malta və Danimarka ilə oyun üçün Bolqarıstan millisinə çağırılır.[30]
15 oktyabr 2013-cü ildə "2014-cü il FİFA Dünya Kuboku"nun seçmə mərhələsi üçün Çexiyaya qarşı son matçda əsas komandada debüt edir.
25 mart 2016-cı ildə Slavçev Portuqaliya üzərində 0:1 hesablı səfər qələbəsi zamanı meydanda olur.[31]
2016-cı il noyabrın 13-də DÇ-2018-in seçmə mərhələsində Belarusa 1:0 hesabı ilə qalib gəldikləri matçda o, tam 90 dəqiqə meydanda olur.[32]
Klub | Mövsüm | Liqa | Kubok | Kubok | Avropa | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Loveç | 2010–11 | Bolqarıstan Birinci Liqası | 1 | 0 | 0 | 0 | — | 0 | 0 | 1 | 0 | |
2012–13 | 17 | 1 | 4 | 0 | — | 0 | 0 | 21 | 1 | |||
2013–14 | 34 | 14 | 1 | 0 | — | 0 | 0 | 35 | 14 | |||
Toplam | 52 | 15 | 5 | 0 | 0 | 0 | 0 | 0 | 57 | 15 | ||
Çavdar Etropole (icarə) | 2011–12 | B Qrupu | 13 | 0 | 0 | 0 | — | — | 13 | 0 | ||
Sportinq | 2014–15 | Primeira Liga | 0 | 0 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 2 | 0 |
Sportinq B | 2014–15 | Segunda Liga | 3 | 0 | 0 | 0 | — | — | 3 | 0 | ||
Bolton (icarə) | 2014–15 | Çempionşip | 1 | 0 | 0 | 0 | — | — | 1 | 0 | ||
Apollon (icarə) | 2015–16 | Kipr birinci dvizionu | 21 | 1 | 5 | 1 | — | 0 | 0 | 26 | 2 | |
Lexia Qdansk (icarə) | 2016–17 | Ekstraklasa | 23 | 0 | 0 | 0 | — | — | 23 | 0 | ||
2017–18 | 27 | 1 | 0 | 0 | — | — | 27 | 1 | ||||
Toplam | 50 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 50 | 1 | ||
Qarabağ | 2018–19 | Azərbaycan Premyer Liqası | 16 | 2 | 2 | 0 | — | 13 | 0 | 31 | 2 | |
2019–20 | 2 | 0 | 0 | 0 | — | 6 | 0 | 8 | 0 | |||
Toplam | 18 | 2 | 2 | 0 | 0 | 0 | 19 | 0 | 39 | 2 | ||
Levski Sofiya | 2019–20 | Bolqarıstan Birinci Liqası | 3 | 1 | 1 | 0 | — | — | 4 | 1 | ||
2020–21 | 7 | 0 | 1 | 0 | — | — | 8 | 0 | ||||
2021–22 | 5 | 0 | 0 | 0 | — | — | 5 | 0 | ||||
Toplam | 15 | 1 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 17 | 1 | ||
Karyerasında cəmi | 173 | 20 | 14 | 1 | 2 | 0 | 19 | 0 | 208 | 21 |