Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı.[1]
Sina Berköz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1936 (88 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
İşləri və nailiyyətləri | |
Elmi işləri |
Building Technology Construction Project Management |
Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur.
1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır.[2]
1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır.
1979-cu ildə professor akademik ünvanını qazanmışdır.
1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb.
1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
1992-də Memar Sinan Universitetinin memarlıq fakültəsində müəllimlik edib. 1997-də Səudiyyə Ərəbistanında King Feysəl Universiteti memarlıq və planlama fakültəsindən aldığı təkliflə Memar Sinan Universitetinin icazəsiylə həmin fakültənin inşaat elmi və texnologiyası bölümündə 1998–1999-cu tədris ilinin sonunadək qonaq professor vəzifəsində çalışıb.[2]
2000-də Memar Sinan Universitetindən öz istəyi ilə təqaüdə çıxaraq Bəhreyn Universitetinin mühəndislik fakültəsində professor olaraq vəzifə tutub. İndi də bu universitetdəki akademik və inzibati vəzifələrinə davam etməkdədir.
İxtisas sahələri tikinti texnologiyası və tikinti layihə idarəçiliyidir. Tikinti layihə idarəçiliyi ixtisası daxilində xüsusilə kompüter dəstəkli araşdırma və tətbiq mövzuları ilə maraqlanmaqdadır.
Prof. Dr. Sina Bərköz Avstraliyada yayınlanan "Architectural Science Review" adlı jurnalın 1976-cı ildən 2000-ci ilədək redaksiya heyətinin üzvü vəzifəsini daşıyıb (Bəhreynə gedərkən bu vəzifəni buraxıb); ABŞ-dəki PMI-Project Management Institute, CMAA — Construction Management Association of America ilə ACCE — American Council for Construction Education adlı qurumların da üzvü olub.[2]
Prof. Dr. Sina Bərköz Şəkidə doğulmuş, 1905-də ailəsiylə birgə Türkiyəyə mühacirət etmiş və sonralar Türkiyə Jandarmasının Baş Komandanı olmuş general-leytenant Məhəmməd Nuri Bərközün (1889–1975) oğlu, T. C. Üçüncü Ordusunun komandanı və T. C. Milli Təhlükəsizlik Təşkilatının Baş katibi olmuş ordu generalı Mahmud Bərközün (1895–1989) qardaşı oğludur. Ana tərəfdən də yenə Türkiyə Ordusunda general olmuş Şəkili Darğazadə Həsən Behcət Paşanın (1863–1925) nəvəsidir.[1]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |