Sinan Çətin (türk. Sinan Çetin; 1 mart 1953[1]) — Türkiyə kinorejissoru, aktyoru və prodüseri. O, azərbaycanəsillidir. 12–ci Dəkkə Beynəlxalq Film Festivalında ən yaxşı rejissor mükafatını qazanmışdır.
Sinan Çətin | |
---|---|
Doğum tarixi | 1 mart 1953[1] (71 yaş) |
Uşağı | 4 |
Fəaliyyəti | kinorejissor, ssenarist, kino aktyoru |
Təhsili | |
IMDb | ID0149134 |
Sinan Çətin 1 mart 1953-cü ildə Türkiyənin Van şəhərində, gömrük məmurunun ailəsində anadan olmuşdur. O, ailənin səkkiz övladından biridir. Ana tərəfdən azərbaycanəsilli, ata tərəfdən gürcüəsillidir. İbtidai təhsilini Aşqala rayonunda almışdır.[2][3] Hacettepe Universitetinin Ədəbiyyat fakültəsində sənət tarixi üzrə təhsil almışdır.[4]
Sinan Çətin tammetrajlı filmlər və teleseriallar, əsas isə reklamlar çəkmişdir. O, 1999-cu ildə İkinci Dünya müharibəsindən sonra Türkiyənin şərqi hissəsi haqqında tənqidi rəğbət qazanmış libertarian komediya filmi olan "Propaqanda" filmi ilə ingilisdilli dünyada tanınır. Çətin bir çox filmlərdə olduğu kimi bu filmin də həm rejissorluğunu, həm də prodüserliyini etmişdir. Onun 1993-cü ildə çəkdiyi "Berlində Berlin" filmi 18-ci Moskva Beynəlxalq Film Festivalına daxil olmuşdur.[4]
Sinan Çətin 2000-ci illərin əvvəllərində Karl Popper, Ayn Rand, Milton Fridman, Robert Makki və Artur Kostler kimi müəlliflərin əsərlərinin türkcə tərcümələrini nəşr etmişdir. Nəşriyyat 50-yə yaxın kitab nəşr etdikdən sonra fəaliyyətini dayandırmışdır.[5]
Film və teleseriallar | |||||
---|---|---|---|---|---|
İl | Başlıq | Fəaliyyəti | Qeydlər | ||
Rejissor | Prodüser | Aktyor | |||
1975 | Hanzo | ||||
1980 | Bir Günün Hikayesi | Hə | |||
1982 | Çiçek Abbas | Hə | |||
1982 | Çirkinler de Sever | Hə | |||
1985 | 14 nömrə | Hə | |||
1986 | Gökyüzü | Hə | |||
1986 | Prenses | Hə | |||
1993 | Berlində Berlin | Hə | |||
1995 | Cənab E | Hə | |||
1999 | Propaganda | Hə | Hə | ||
2001 | Komser Şekspir | Hə | |||
2002 | Mumya Firarda | Hə | |||
2004 | Okul | Hə | |||
2005 | Pardon | Hə | |||
2005 | Şans Kapıyı Kırınca | Hə | |||
2006 | Türkiye'nin Hatıra Defteri | Hə | |||
2007 | Romantik | Hə | |||
2008 | Çocuk | Hə | |||
2008 | Plajda | Hə | |||
2011 | Kağıt | Hə | |||
2012 | Çanakkale Çocukları | Hə | |||
2018 | Amerikalı Kız | Hə |
İl | Namizədlik | Mükafat | Nəticə |
---|---|---|---|
1985 | Ən yaxşı rejissor mükafatı | 1985 Antalya Qızıl Portağal Film Festivalı | Qazandı |
1993 | Xalq vəkili mükafatı | Manheym Beynəlxalq Film Festivalı | Qazandı |
2005 | Ən yaxşı serial mükafatı | I Bəyaz İnci Telemükafatı | Qazandı |
Azeri bir annenin, Gürcü bir babanın evladıyım.