Artur Kostler (mac. Arthur Koestler; 5 sentyabr 1905[1][2][…], Budapeşt[4][5] – 1 mart 1983[1][3][…], London) — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi.
Artur Kostler | |
---|---|
mac. Arthur Koestler | |
Doğum tarixi | 5 sentyabr 1905[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 1983[1][3][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhərlənmə |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Milliyyəti | yəhudi |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, filosof, romançı, jurnalist, ssenarist, avtobioqraf[d], politoloq |
Fəaliyyət illəri | 1934–1983 |
Əsərlərinin dili | alman dili, ingilis dili |
İstiqamət | Jurnalistika, araşdırma yazıları və tarix |
Janrlar | tarix, avtobioqrafiya, parapsixologiya, psixologiya |
Tanınmış əsərləri |
On üçüncü qəbilə Gözqamaşdırıcı zülmət |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudi mənşəyli olan Artur Koster "On üçüncü qəbilə" və "Gözqamaşdırıcı zülmət" kitabları ilə böyük məşhurluq əldə etmişdir. Atası Leopold Kostler Şimali Macarıstana köçmüş rus yəhudilərindən idi. Roman, publististik yazılar, sosial fəlsəfə əsərləri və müxtəlif elmi-tarixi əsərlərin müəllifidir. 1931-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuş, yeddi il sonra, Böyük Britaniyaya köçməsi ilə partiyadan ayrılmışdır. 1940-cı illərin sonlarında ən tanınmış ingilis anti-kommunistlərdən biri kimi tanınmışdır. 1950-ci illərdə də aktiv şəkildə siyasi fəaliyyətini davam etdirən Kostler 1930-cu illər SSRİ-nin siyasi həyatıdan danışan Gözqamaşdırıcı zülmət əsəri ilə tanınmağa başlayır. Gözqamaşdırıcı zülmət məzmun və mövzu oxşarlığına görə Corc Oruellin "1984" romanı ilə müqayisə edilir. Müəllifin başqa bir əsəri olan "On üçüncü qəbilə" kitabında Əşkinazi yəhudilərinin Xəzərlərin soyundan gəldiyi tezisi irəli sürülür. Bu iddia bu gündə elm və siyasi dairələrdə müzakirə olunmaqdadır. Yazıçı eyni zamanda Britannika Ensiklopediyası üçün müxtəlif mövzularda yazılar yazmışdır. Parkinson Leykozdan əziyyət çəkən Artur Kostler 1983-cü ildə Londonda öz evində, həyat yoldaşı ilə birlikdə intihar etmişdir.