Sincan-Qəbələ ekogeokimyəvi landşaf rayonu

Sincan Qəbələ ekogeokimyəvi landşaf rayonu-Rayonu digər ekogeokimyəvi landşaft rayonlarından fərqləndirən ən mühüm cəhət burada ekoloji gərginliyi yaradan amillər içərisində antropogen amilin üstün olmasıdır.

Ekoloji şərait[redaktə | mənbəni redaktə et]

Kimyəvi və spektral analizlərin nəticələrinə görə rayonun şərqindəcənubunda kiçik lokal ərazilərdə sulfatlı-natriumlu-kalsiumlu,qalan yerlərdə isə sulfatlı-natriumlu birləşmələr yayılmışdır.Bəzi yerlərdə mərgümüş,vanadium,mis,bor və s.mikroelementlərin konsentrasiyası klarka nisbətən azacıq yüksək olsa da ərazidə stronsiumdan başqa bütün elementlərin miqdarı fon səviyyəsindən aşağıdır. Qəbələdə ekoloji şəraitin pisləşməsi ətraf mühitin kimyəvi elementlərlə çirkləndirilməsindən deyil, təbii mühitə texnogen təsirlərdəndir.Söhbət burada bir vaxtlar müdafiə məqsədi ilə qurulan Radiolokasiya qurğusundan gedir. Tədqiq etdiyimiz ərazinin geokimyəvi şərait ilə yanaşı həm də burada yaranmış ekoloji vəziyyəti öyrənməyə cəhd etdiyimizdən bu qurğunun ətraf mühitə zərərli təsir haqqında danışmağı lazım bilirik.

Ekoloji şəraitin insanlara təsiri[redaktə | mənbəni redaktə et]

Qəbələ rayonunun Soltan-Nuxa,Əmirli,Aydın-Qışlaq kəndlərində maqnit şüalanması intensivliyi yol verilən normadan 7-9 dəfə çox olmuşdur. Maqnit şüalanması intensivliyinin yüksək olması isə ətraf ərazilərin faunaflorasının öldürücü təsir göstərir.Çöl tədqiqatları zamanı ərazidə müşahidə etdiyimiz qarağacların kütləvi quruması,yerli əhalinin dediklərinə görə,arı ailələrinin beçə verməməsi,kütləvi surətdə xəstəliyə tutulub qırılması və s.bu kimi hallar göstərilən texniki qurğunun fəaliyyəti ilə əlaqədardır. Ən dəhşətlisi isə odur ki,bu Radiolokasiya qurğusunun fəaliyyət göstərdiyi illərdə Qəbələ rayonunda əhalinin ölüm faizi xeyli yüksəlmiş,doğum isə 70% azalmışdır.Maqnit şüalanmasının zərərli təsiri nəticəsində,rayon ərazisində uşaq ölümü xeyli çoxalmış,əhalinin sağlamlığı ciddi təhlükə qarşısında qalmışdır. Rayonun səhiyyə təşkilatlarının və Respublika Səhiyyə Nazirliyinin məlumatlarına görə Qəbələ əhalisinin 66%-i 12 müxtəlif xəstəliklə xəstələnib sağlamlıqlarını itirmişlər.Bunların arasında xərçəng,ürək-damar və qadın xəstəlikləri daha çoxdur. Burada ekoloji təhlükə törədən geokimyəvi şərait yox,maqnit şüalanması intensivliyinin yüksək olması idi ki,bu da təkcə Qəbələnin və onun ətraf kəndlərinin deyil,bütövlükdə Sincan-Qəbələ ekogeokimyəvi landşaft rayonunun müasir ekoloji şəraitinə çox pis təsir göstərir və ərazidə məskunlaşmış canlıların sağlamlığını ciddi təhlükəyə məruz qoyurdu.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Q.İ.Rüstəmov,A.M.Rüstəmova.Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri.Bakı.2016.189 səh.