Sinqapur əhalisi — 5,535 milyon nəfərdir (2015). Sinqapur ərazisində həmçinin xeyli avropalılar və diğər qitələrdən olan millətlərin nümayəndələr var[1].
Sinqapurda məskunlaşan ilk çinlilər gəldikləri bölgənin dialektiq qruplarını yaratmışlar. Əksəriyyət çinlilər min dilinin xokken dialektində danışır. Ümumi əhalinin 42 %-ni təşkil edirlər. Onların tarixi vətəni Şərqi Çindir. Əhalinin 23 %-ni isə çaoşan şivəsində danışan çinlilərdi. Onların vətəni Quandun əyalətidir. Hakka dilində danışan - 9 %, Haynan adasından olanlar isə ümumi əhalinin 6 %-ni təşkil edir.
Müasir sinqapur malayları Cohor və Malay sultanlığının, eləcədə müasir İndoneziya ərazisindən miqrasiya edənlərdi. İndoneziyadan daha çox Sulavesidən olan buqilər, Sumatradan olan minanqkabaular, yavalılar Sinqapurda üstünlük təşkil edirlər. Nadir hallarda malaylara ərəb tacirlərinin müasirlərinidə əlavə edirlər.
Hindlilər termini dedikdə Sinqapurda Cənubi Asiya ölkələri — Hindistan, Pakistan, Banqladeş, Şri-Lankadan olan miqrantlar nəzərdə tutulur. Etnik baxımdan onlar çox müxtəlifdir. Üstünlük təşkil edənlər tamillər (Tamiland və Şimali Şri-Lankadan olanlar), malayalilərdir. Pəncablılar, teluqulər və benqalılar azlıq təşkil edir.
1824-cü ildən 1860-cı ilə qədər Sinqapur əhalisi 11-81 min nəfər artmış və bu zaman etnik tərkib belə idi: çinlilər - 62 %, hindlilər - 16 %, malaylar - 14 %. XX əsrdə əhalinin artımı tempi yüksək olmuş və bunda immiqrantların rolu böyük idi. 1930-cu ildə qadınların immiqrasiyası ən yüksək səviyyəsinə çatmış və bu da, təbii artımın yüksəlməsinə səbəb olmuşdur[2].
1960-1970-ci illərdə Sinqapurda doğumun məhdudlaşdırılması siyasəti yürüdülmüş və nəticədə ölkə əhalinin artımının I tipinə aid olan ölkələr sırasına daxil oldu. Ölkədə artıq aşağı doğuş və ölüm göstərici nəticəsində təbii artım sıfıra yaxınlaşmışdı. Belə göstərici inkişaf etmiş ölkələr üçün xarakterikdir. Yaş strukturunun pozulması, əmək ehtiyatlarının çatışmamazlığı, iqtisadiyyatın müasir tələbləri və s. üzündən 1980-cı illərdən demoqrafik siyasət yenidən dəyişildi. Artıq o illərdən müasir dövrlərə qədər əhali artımının stimullaşdırıcı forması tətbiq edilir[2].
XX-XXI əsrdə, Sinqapur əhalisinin 7 % -ni 65 yaş və daha yaşlı olanlar təşkil edirdi. 2030-cu ilə olan proqnoza görə bu göstəri 19 %-ə çatacaq[3]. Sinqapurda əmək qabiliyyətli əhalinin orta yaş həddi 36,5 yaşdır. (əvvələr — 31,8 yaş)