Sinqapur Milli Kitabxanası — Sinqapurun ən böyük ictimai kitabxanası.[1]
Kitabxananın ölkə üzrə regional bölmələri, akademik və peşəkar kitabxanalarda filialları var. Filial kitabxanaları geniş ictimaiyyət üçün açıqdır və dövriyyədə olan kitabxanalardan ibarətdir. Milli Kitabxana həm də geniş ictimaiyyət üçün açıq olan tədqiqat kitabxanalardan ibarətdir.
- Kitabxananın əsası müasir Sinqapurun banisi Stemford Rafflzin təklifi ilə 1823-cü ildə ilk milli ictimai kitabxana kimi qoyulub.
- 1923-cü ildə Hallett Memorial Kitabxanası adlandırıldı və Sinqapurun ilk məktəbinin yanında yerləşirdi.[1]
- 1887-ci ildə Rafflz muzeyinin bir hissəsi olaraq "Raffz Kitabxanası" adlı ayrıca kitabxana və muzey binasına köçdü.
- 1960-cı ildə Sinqapurun ilk prezidenti Yusof bin İshak tərəfindən açıldığı Sinqapur Milli Kitabxanası adı ilə Stamford Road binasına köçmüşdür.
Sinqapur Milli Kitabxanası 22 iyul 2005-ci ildə yeni binaya köçdü və həmin il noyabrın 12-də Sinqapurun o vaxtkı prezident S.R. Natan tərəfindən rəsmi açılışı oldu.
Sinqapur Milli Kitabxanası Li Kong Chian Kitabxanası və Mərkəzi İctimai Kitabxananı birləşdirən ən böyük kitabxanadır.[2]
Kitabxananın əsas kolleksiyalarına aşağıdakılar daxildir:[3]
- Səviyyə B1 – Mərkəzi İctimai Kitabxananın kolleksiyası
- Səviyyə 7 – Biznes, Elm və Texnologiya kolleksiyaları
- Səviyyə 8 – İncəsənət və Sosial Elmlər kolleksiyaları
- Səviyyə 9 — Çin, Malay və Tamil toplusu.
- Səviyyə 10 – Donor kolleksiyaları, Asiya uşaqları kolleksiyası.
- Səviyyə 11 – Sinqapur və Cənub-Şərqi Asiya kolleksiyası. Mikrofilmlər. Kartlar.
- Səviyyə 12 və 13 — Nadir materiallar kolleksiyası (giriş məhdud, yalnız icazə ilə)
-
Yolun o tayından mənzərə
-
Sinqapur və Asiya kolleksiyası, Lee Kong Chian Referans kitabxanası
-
Kitabxananın girişi
-
Kitabxananın həyəti
-
Mərkəzi İctimai Kitabxananın panoramik görünüşü