Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq) deməkdir.
Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar:
Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar:
Sözlər arasındakı məna əlaqələrini qruplaşdırsaq, belə bir nəticəyə gələ bilərik: Subyekt əlaqəsi tabelilik əlaqələrindən uzlaşma, atributiv və relyativ əlaqə isə yanaşma əlaqəsinə uyğun gəlir[1].
Qrammatik əlaqə dedikdə sözlərin morfoloji yolla dəyişməsi və sintaktik yolla birləşməsi nəzərdə tutulur. Sözlər arasında qrammatik əlaqə iki yerə ayrılır: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.
Sintaktik əlaqədə tabesizlik əlaqəsi ilə bağlanan sözlərin biri digərinə tabe olmur, hər biri aid olduğu sözlə əlaqələnir. Bu əlaqə bərabərhüquq əsasında baş verir. Tabesizlik əlaqəsi tabesiz mürəkkəb cümlənin komponentləri arasında və cümlənin həmcins üzvləri arasında, həmcins xitablar arasında, qoşa sözlərin komponentləri arasında özünü göstərir.
Təbiət, təbiət, ana təbiət,
Yamyaşıl geymisən yenə, təbiət…(M. Araz)
Tabesizlik əlaqəsi ilə əlaqələnən tərəflər ya yalnız intonasiya ilə, ya da tabesizlik bağlayıcıları vasitəsilə bir-birinə bağlanır. Tabesizlik əlaqəsi ikibaşlı oxla (↔) göstərilir[3].
Tabelilik əlaqəsi söz birləşmələrindəki sözlər arasında, sadə cümlədəki üzvlər arasında, tabeli mürəkkəb cümlələrin tərəfləri arasında özünü göstərir. Tabelilik əlaqəsində tərəflərdən biri əsas, yəni tabe edən (müstəqil), digəri isə asılı, yəni tabe olan adlanır. Tabelilik əlaqəsi göstərildikdə ox asılı tərəfdən əsas tərəfə istiqamətləndirilir(→ və ya ←). Həyat (←) gözəldir.
Tabelilik əlaqəsində asılılıq, adətən, ismin hal, mənsubiyyət, xəbərlik şəkilçiləri vasitəsilə yaranır. Tabelilik əlaqəsi predikativ və qeyri-predikativ birləşmələrdə də özünü göstərir. Bu əlaqənin üç növü var:
Yanaşma əlaqəsi əlaqələr içərisində ən qədim olan əlaqədir. Yanaşma əlaqəsində bir söz heç bir şəkilçi və formal göstərici olmadan başqa bir sözə yanaşır. Ona tabe olur. Ondan asılı vəziyyətdə düşür. Məsələn: yaşıl yarpaq birləşməsində yaşıl sözü heç bir şəkilçi qəbul etmədən yarpaq sözünə yanaşmış, ona tabe olmuşdur. Yanaşma əlaqəsini belə xarakterizə etmək olar. Tabelilik əlaqəsində olan iki söz arasında uzlaşma və idarə əlaqəsi yoxdursa, onda həmin sözlər arasındakı əlaqə yanaşma əlaqəsidir. Yanaşma əlaqəsində iki tərəf var: əsas tərəf, asılı tərəf. Əsas tərəfə müstəqil, tabe edən tərəf də deyilir. Asılı tərəf isə tabe olan, qeyri-müstəqil tərəf də adlanır. Bir qayda olaraq asılı tərəf əsas tərəfdən əvvəl gəlir və onunla məna və qrammatik cəhətdən bağlanır. Yanaşma əlaqəsində bəzən asılı tərəf sözdüzəldici şəkilçilərlə işlənə bilir. Məsələn: dadlı xörək, dadlı meyvə və s.
Yanaşma əlaqəsində xarakterinə görə iki növə ayrılır:
Əsas xüsusiyyəti ondan ibarətdir ki, ya tərəflə arasına sözlər daxil ola bilmir, ya da tərəflər arasına söz daxil olarkən əsas tərəflə yanaşma əlaqəsi münasibətində olur. Belə ki, tərəflər arasına daxil olan sözlər uzlaşma və idarə əlaqəsinə girə bilmirlər. Məsələn: ağıllı, mehriban uşaq; uca daş bina. Lakin tam yanaşmada birləşmənin tərəfləri arasında əlaqə eyni dərəcədə möhkəm olmur. Məsələn: iki mehriban dost birləşməsində mehriban dost birləşməsi arasında əlaqə daha möhkəmdir. Əsas tərəfdən uzaqlaşdıqca əlaqə tamam zəifləyir[2].
Bəzən şeir dilində əsas tərəf əvvəl, asılı tərəf sonra işlənir. Bu zaman asılı tərəflə əsas tərəfin sırası pozulur. Məsələn:
Bir oğul böyütdü ki, gur çatmaqaş, gensinə,
Bir oğul böyütdü ki, oğul deyirəm sənə. (Ə. Kərim)
Natamam yanaşmanın əsas xüsusiyyəti budur ki, tərəflər arasına ya uzlaşma, ya da idarə əlaqəsində olan sözlər daxil olur. Məsələn: Axşam Əli dostunu bizə gətirdi cümləsində axşam sözü gətirdi sözünə yanaşıb. Lakin bu natamam yanaşmadır. Çünki, tərəflər arasında Əli gətirdi- uzlaşma, dostunu gətirdi- idarə, bizə gətirdi- idarə əlaqəsi var.
Qeyd: Bəzən natamam yanaşmada əsas tərəflə asılı tərəf arasında olacaq sözün sırası pozulur. Məsələn, səhər yuxudan durur əvəzinə səhər durur yuxudan, xeyli mənə baxdı əvəzinə, xeyli baxdı mənə işlənir.
Yanaşma əlaqəsində nitq hissələrinin iştirakı.
Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma deyilir. Uzlaşma əlaqəsi həm predikativ həm də qeyri-predikativ birləşmələrdə özünü göstərir. Yəni, bu əlaqə həm mübtəda ilə xəbər arasında, həm də II və III növ təyini söz birləşməsinin tərəfləri arasında özünü göstərir.
Mübtəda ilə xəbər arasındakı uzlaşma başa düşülür. Bu əlaqədə mübtəda əsas tərəf, hökmran tərəf, hakim tərəf olur. Yəni mübtəda tabe edən tərəf kimi çıxış edir. Xəbər isə mübtədadan asılı olur, mübtədaya tabe olur, onunla uzlaşır.
Uzlaşma əlaqəsində xəbər mübtəda ilə uzlaşır. Mübtəda əsas, xəbər isə asılı tərəf olur. Bəzən mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi pozula bilir. O duru gölləri qoruyan mənəm mübtəda III şəxsin təkində (O duru gölləri qoruyan), xəbər isə I şəxsin təkindədir (mənəm). Bu cümlədə mübtəda sabit qala-qala xəbər dəyişə bilər. O duru gölləri qoruyan mənəm; bizik; sənsən; sizsiniz; odur; onlardır. Belə cümlələrdə uzlaşma əlaqəsinin pozulması səbəbi subyektlə predikatın yerini dəyişməsidir.
Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşmasında heç vaxt şəxsin və kəmiyyətin uyğunluğu pozulmur. Məsələn: Mən aldım, sən aldın, biz gəldik, siz aldınız, o aldı və s. Lakin III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa da bilər, uzlaşmaya da bilər. Bu hal onunla bağlıdır ki, III şəxsin cəminin məzmunu çox genişdir. III şəxsin cəmi bütün canlı və cansız varlıqları əhatə edir. III şəxsin cəmində xəbərin mübtəda ilə uzlaşmasında üç hal var:
Qeyd: Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşmasını və uzlaşmamasını nəzərə alaraq uzlaşma əlaqəsi iki növə ayırmaq olur: Tam uzlaşma, natamam(yarımçıq) uzlaşma. Xəbərin mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə uzlaşması tam uzlaşmadır. Məsələn, I, II şəxslərin tək və cəmində, həm də III şəxsin təkində olan uzlaşma heç vaxt pozulmadığı üçün tam uzlaşmadır. Ancaq III şəxsin cəmində xəbərlə mübtəda arasında olan uzlaşma kəmiyyətə görə pozulduğundan natamam (yarımçıq) uzlaşmadır. Ona görə ki, III şəxsin cəmində mübtəda ilə xəbər arasındakı uzlaşma kəmiyyətə görə pozulur.
Bəzi cümlələrdə mübtəda həmcins olur. Bu zaman xəbər həmcins mübtədalarla uzlaşmalı olur. Bəzən də xəbər özü həmcins olur və bu zaman həmcins xəbərlər mübtəda ilə uzlaşmalı olur.
Mübtəda həmcins olanda xəbərin onunla uzlaşması üç şəlikdə özünü göstərir:
Həmcins xəbərlər mübtəda ilə iki şəkildə uzlaşır:
Qeyri-predikativ birləşmələrdə uzlaşma II və III növ təyini söz birləşməsinin tərəfləri arasında olur. III növ təyini söz birləşməsindəki uzlaşma bütün şəxslərə görə olur. Yəni III növ təyini söz birləşməsinin I tərəfi hər üç şəxsdə ola bildiyi üçün II tərəf də hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Beləliklə, II tərəf I tərəflə uzlaşır. Məsələn: mənim arzum, sənin arzun, onun arzusu, bizim arzumuz, sizin arzunuz, onların arzusu. Birinci tərəfi neçənci şəxsdədirsə, ikinci tərəfi də ona uyğun mənsubiyyət şəkilçisi qəbul edir. II növ təyini söz birləşməsində uzlaşma məhduddur. II növ təyini söz birləşməsində uzlaşma ikinci tərəfin III şəxsin mənsubiyyət şəkilçilərini qəbul etməsilə yaranır. Məsələn: ellər atası, şairlər yurdu, sinif otağı. Bu cür birləşmələrdə göründüyü kimi, uzlaşma əlaqəsi mənsubiyyət şəkilçisi vasitəsilə yaranır. Uzlaşma əlaqəsinin qrammatik göstəriciləri:
Əsas tərəfin tələbinə görə asılı tərəfin ismin müvafiq hal şəkilçilərini qəbul edərək dəyişməsinə idarə əlaqəsi deyilir. Qeyd: İsmin adlıq halı idarə əlaqəsində iştirak etmir. Adlıq halda olan söz mübtəda vəzifəsində olduqda uzlaşma, təyin vəzifəsində olduqda yanaşma əlaqəsinə xidmət edir. İdarə əlaqəsi, əsasən, obyekt və relyativ əlaqəli birləşmənin tərəfləri arasında olur. İdarə əlaqəsinin əsas xüsusiyyətləri bundan ibarətdir ki, asılı tərəfdəki söz əsas tərəfin tələbi ilə ismin hallarında olur[4]. İdarə əlaqəsi ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə əsasında yaranan birləşmənin asılı tərəfi hallana bilən, yəni substantivləşən, ya da müvəqqəti olaraq substantivləşən sözlərdə ibarət olur. Məsələn:
İdarə əlaəqisin əsas tərəfin hansı nitq hissəsindən ibarət olmasına görə iki növə ayrılır: feillərlə idarə, başqa nitq hissələri ilə idarə.
İdarə əlaqəsində I tərəf asılı, II tərəf əsas tərəf olur. Asılı tərəf hal şəkilçili olur. İdarə əlaqəsi:
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |